Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Məqsədlərə doğru” adlı layihənin növbəti təlimi Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mehriban Ağabalayeva tərəfindən aparılıb.
“Emosional tükənmə zamanı fizioloji-psixoloji baş verən dəyişkənlik” adlı təlimdə emosiyaların və fiziki reaksiyaların bir-birinə necə təsir etməsi və bir-birinə necə bağlı olması, həmçinin emosiyaların və fiziki reaksiyaların idarə edilməsi kimi məsələlərə toxunulub.