Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Məqsədlərə doğru” adlı layihənin növbəti təlimi Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nigar Əsgərova tərəfindən həyata keçirilib.
“Özümü daha yaxşı necə anlaya bilərəm?” adlı təlimdə öz hədəflərini müəyyənləşdirmək, özgüvən və özünü qəbul, məqsədli təcrübələr və təlimlər kimi məsələlər müzakirə edilib.