Müddət: 3 saat
1. Bullinqin Tanınması
- Bullinq Nədir?: Bullinqin tərifi, növləri (psixoloji, fiziki, sosial, cib bullinqi) və xüsusiyyətləri.
- Bullinqin təsirləri və zərərləri (fiziki, emosional, akademik).
- Bullinq hallarını göstərən qısa video və ya real həyat nümunələrinin təqdimatı və müzakirəsi.
2. Bullinqin Mübarizə Yolları
- Şəxsi Müdafiə Strategiyaları
- “Müdafiə Planı” hazırlamaq – bullinqə məruz qaldıqlarında nə etməli? İş kağızı nümunəsi.
- Emosional müqavimət və özünə inamın artırılması üçün məşğələlər (nümunəvi danışıq texnikaları, özünü ifadə etmə bacarıqları).
- Sosial Dəstək: “Dəstək Şəbəkəsi” nədir və necə qurulur – təlimat.
- Sosial dəstək əldə etmə yolları və güvənli şəxslərlə ünsiyyət bacarıqları.
3. Bullinqin Qarşısının Alınması
- Preventiv Strategiyalar: İştirakçılara bullinqin qarşısının alınması üçün “Preventiv Plan” hazırlamaq (fərdi və qrup səviyyəsində tədbirlər).
- İctimai davranış qaydaları, hörmət və empatiya.
- Roll Oyunu
4. Dəstək Mexanizmləri və Resurslar
- Resurslar və Dəstək Xidmətləri: Bullinqə qarşı mübarizə üçün mövcud resurslar, məktəb və icma dəstəyi (psixoloji məsləhətçilər, telefon xətləri, dəstək qrupları).
- İştirakçılara məktəb və icmada bullinqə qarşı tədbir təşkil etmək üçün qruplar qurmaq və plan hazırlamaq.
Əlavə Qeydlər
– Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
– İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.