Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri və mütəxəssisləri Cangüdən verilişində qonaq oldular

Xəzər Televiziyasında Dr.Günay Əliyevanın təqdimatında yayımlanan Cangüdən verilişinin növbəti qonaqları Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Beyin və Davranış Tədqiqatları laboratoriyasının icraçı direktoru, koqnitiv nevrologiya üzrə Fəlsəfə elmləri doktoru Nadir Əlirzalı və Psixologiya Elmi-Tədqiqat İnstitutunun QEEG üzrə baş mütəxəssisi Səyanə Əliyeva olmuşdu. Verilişdə Nadir Əlirzalı və Səyanə Əliyeva tDCS aparatından bəhs etdilər.

Qeyd edək ki, tDCS (transcranial direct current stimulation) aparatı bir başa beynin sinir hüceyrələrinə təsir göstərərək, hüceyrələrarası cərəyan axınını nizamlayır və stimullaşdırır. TDCS ilə terapiya beyin dalğasının tənzimlənməsinə, anlama və qavramanın artmasına, depressiyaya, nitqin normallaşmasına, əhval ruhiyyənin yaxşılaşmasına, yuxunun normallaşmasına, yaddaşın normallaşmasına, öyrənmə çətinliyi probleminə, parkinson xəstəliyinə kömək edir.

Son məqalələr

Online Qeydiyyat