25 noyabr 2022-ci il tarixində, saat 20:30-da “PSİXOLOJİ DİAQNOSTİK METODİKALAR” mövzusunda Online vebinarımız baş tutmuşdur. Vebinar Peşəkar Psixologiya Mərkəzinin direktoru, Klinik Psixoloq Nuriyyə Quliyevanın təqdimatında, Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.
Vebinarda “İlkin psixoloji diaqnostika prosesində istifadə olunan metodikalar”, “Ümumi psixoloji vəziyyətin dəyərləndirilməsi” kimi məsələlərə toxunulmuşdur. Eyni zamanda Nuriyyə xanım iştirakçılara psixoloji diaqnostik metodikaların istifadə qaydaları və nəticələrinin təhlili barədə məlumat vermişdir.
Öz zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Nuriyə xanıma təşəkkürlərimizi bildiririk.