Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Uşaq Psixologiyası və İnkişafı (#ÇocukGelişimivePsikolojisi) rəsmi ixtisasartırma təhsilinin nöbəti dərsi 08.01.2023-cü il tarixində, saat 10:00-17:00-da baş tutacaqdır. Dərs Pedaqogika üzrə fəlsəfə doktoru, Korreksiya pedaqoqu, loqoped, Beynəlxalq ekspert Lalə İmanova tərəfindən canlı şəkildə həyata keçiriləcəkdir.
Proqrama aşağıdakı mövzular daxildir:
Nitq problemlərini yaradan səbəblər:
Bioloji və sosial amillər
Nitq problemlərinin irsi (genetik) səbəbləri
Nitq problemlərinin perinatal səbəbləri
Nitq problemlərinin natal səbəbləri
Nitq problemlərinin postnatal səbəbləri
Nitq problemlərinin təsnifatı:
Kliniki- pedaqoji təsnifat
Psixoloji- pedaqoji təsnifat
Nitqi pozuntularının simptomatikası
Şifahi nitq qüsurları:
Afoniya, Disfoniya, Fonosteniya,
Dislaliya, Rinolaliya, Dizartriya,
Taxilaliya, Bradilaliya, Kəkələmə,
Alaliya, Afaziya
Yazılı nitqin qüsurları:
Aqrafiya, Disqrafiya,
Aleksiya, Disleksiya
Digər kurs və təlimlərimiz haqqında məlumat almaq üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.