Psixologiya Elmi Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri davam edir.
Sentyabrın 5-də Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Bakı və Abşeronda təlim keçiblər.
Təlim “Təhsil psixologiyası”, “Təlim prosesində psixoloji xidmətin rolu” və “Uşaq psixologiyasının predmeti və vəzifələri” mövzularını əhatə edir.