Elmi araşdırma – Qadınlarda bədənin qiymətləndirilməsi, özünə şəfqət və cinsi özünüdərk: Türkiyə və Azərbaycan nümunəsi
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov, Türkiyənin Yıldız TexnikiUniversitetinin Təhsil fakültəsinin dekanı prof. Mehmet Engin Deniz və həmin universitetin əməkdaşı dr. Hacer Yildirim Kurtuluşun birgə apardıqları tədqiqat işinin məqaləsi «Web of Sciense», «Scopus», JSR, «PubPsych» kimi beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan «Studia Psychologica»jurnalında çap edilib.
Tədqiqat Türkiyə və Azərbaycanda qadınlar arasındaöz bədənlərini qiymətləndirmədən cinsi özünüdərkə qədər olan prosesi araşdırmaq məqsədi daşıyır.
Bu mərhələdə özünə mərhəmətli davranmağın vasitəçilik rolu da tədqiqatda araşdırılıb. Türkiyədən 343 (Yaş M = 32.30, SD = 8.67, diapazon 18-58) və Azərbaycandan 300 qadının (Yaş M = 30.96, SD = .93, diapazon 18-58) daxil olduğu araşdırmada ümumilikdə 643 qadın iştirak etməyə razılıq verib.
Tədqiqatda dəyişənlər arasında vasitəçilik əlaqəsini yoxlamaq üçün struktur tənlik modelləşdirməsindən istifadə edilib. Nəticələr göstərib ki, bədən qiymətləndirməsi hər iki nümunədə özünə şəfqət və cinsi özünüdərki proqnozlaşdırır, eləcə də özünə şəfqət cinsi özünüdərki labüd edir.
Araşdırma həmçinin göstərir ki, qadının fiziki görünüşündən narazılığı nə qədər yüksək olarsa, onun özünə qarşı müsbət hissləri də bir o qədər aşağı olar.
Seksuallığın psixi sağlamlığın əsas komponenti olduğunu nəzərə alsaq, cinsi özünüdərkə səbəb olan bu vəziyyət qadınların cinsi sağlamlığına mənfi təsir göstərə bilər. Bədənlə bağlı artan neqativ emosiyalar qadınlarda özünə mərhəmət hissini azaldır, onlar daha sonra öz bədənlərinə diqqət yetirməzlər və cinsi əlaqə zamanı narahat ola bilərlər.
Qeyd edək ki, cinsi terapevtlər, psixi sağlamlıq mütəxəssisləri profilaktik və terapevtik psixoloji dəstək proqramları hazırlayarkən bu nəticələrə istinad edə bilərlər.
Məqalə ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
https://www.studiapsychologica.com/wp-content/uploads/Deniz_SP_1_vol.66_2024_pp.77-92.pdf