Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub.
Narınc Psixologiya Mərkəzinin baş psixoloqu Tünzalə Aslanova “Xüsusi təhsilə ehtiyacı olan uşaqlı ailələr” dərsinin praktik hissəsini və həmin ailələrlə təhsil proqramının qurulmasını izah edib.
Ardından Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova “Ailə sağlamlığı təhsili” mövzusunun nəzəri hissəsini tədris edib.
Sonda iştirakçılara sertifikat təqdim olunub.