Treninq və Konsaltinq

Xidmətlərimiz

Fərdlər üçün

Treninqlər

Bizim fərdlər üçün təlim proqramlarımız, şəxsi və peşəkar inkişafınıza dəstək olmaq məqsədi daşıyır. Yaşından və peşəsindən asılı olmayaraq hər kəs ehtiyac duyduğu təlimlərimizdən faydalana bilər. Yeniyetmələr, tələbələr və yetkin insanlar üçün xüsusi olaraq hazırlanmış təlim proqramlarımız onların potensialını ortaya çıxarmaq və hədəflərinə çatmaq üçün lazımi bacarıqları qazandırmaq məqsədi daşıyır.

Yeniyetmələr üçün təlim proqramlarımız, onların şəxsi inkişafını dəstəkləmək, məktəbdə və gündəlik həyatda uğur qazanmalarına kömək etmək üçün nəzərdə tutulmuşdur. Proqramlarımız aşağıdakılardır:

  • Özgüvənin inkişaf etdirilməsi: Yeniyetmələrə özünə inam hissi aşılamaq.
  • Effektiv ünsiyyət: Doğru və təsirli ünsiyyət bacarıqlarını öyrətmək
  • Problem həll etmə: Analitik düşünmə və problem həll etmə qabiliyyətlərini artırmaq.
  • Peşə yönümünün müəyyən edilməsi: Şəxsi maraqlarınızı, bacarıqlarınızı və dəyərlərinizi nəzərə alaraq, ən uyğun karyera yolunu seçmək üçün yönləndirmə və məsləhət prosesləri.
  • Aqressiyanın aradan qaldırılması: Emosional idarəetmə və davranış dəyişiklikləri vasitəsilə aqressiv davranışların idarə olunması və azaldılması.
  • Bullinq: Psixoloji və fiziki zorakılığa məruz qalan şəxslərin müdafiəsi və bullinqin qarşısının alınması üçün strategiyalar və dəstək mexanizmləri.

Tələbələr üçün təlim proqramlarımız, onların akademik və peşəkar karyerasında uğur qazanmalarına kömək etmək üçün hazırlanmışdır. Proqramlarımız aşağıdakı mövzuları əhatə edir:

  • Karyera hazırlığı: Karyera planlaması və iş axtarışı üçün vacib bacarıqlar.
  • Təhsil uğuru: Effektiv öyrənmə metodları və imtahan hazırlığı.
  • Liderlik bacarıqları: Tələbələrin liderlik qabiliyyətlərini inkişaf etdirmək.
  • Özgüvənin inkişafı: Tələbələrdə özünə inam hissi aşılamaq.
  • Tədqiqat Metodları: Müxtəlif tədqiqat texnikaları və alətlərindən istifadə edərək məlumat toplama, analiz etmə və nəticə çıxarma proseslərini öyrənmək.
  • Özünü kəşf: öz potensialınızı və maraqlarınızı anlamaq, güclü və zəif tərəflərinizi müəyyən etmək üçün fərdi təhlil və inkişaf üsulları.
  • Effektiv ünsiyyət: Fikir və məlumatları aydın, təsirli və inandırıcı şəkildə ifadə etmə bacarıqlarını inkişafı.

Yetkin insanlar üçün təlim proqramlarımız, şəxsi və peşəkar həyatda irəliləmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

  • Peşəkar inkişaf: İş yerində uğur qazanmaq üçün lazım olan bacarıqların inkişafı.
  • Şəxsi inkişaf: Özünü inkişaf etdirmə və həyat keyfiyyətini artırma yolları.
  • Liderlik və Menecment: Effektiv liderlik və idarəetmə bacarıqlarının artırılması.
  • Burnout: İş yükü və stress səbəbindən emosional, fiziki və zehni tükənmənin qarşısının alınması və idarə edilməsi.
  • Assertivliyin artırılması: Öz fikirlərinizi və hisslərinizi açıq və hörmətli şəkildə ifadə etmək bacarığının inkişaf etdirilməsi.
  • Ertələmə davranışının aradan qaldırılması: Məhsuldarlığı artırmaq və hədəflərə vaxtında çatmaq üçün ertələmə vərdişlərinin aradan qaldırılması.
  • Effektiv ünsiyyət bacarıqları: İnsanlar arasında aydın, təsirli və inandırıcı şəkildə ünsiyyət qurmaq üçün lazım olan bacarıqların öyrədilməsi.
  • Zamanın idarə olunması: Prioritetlərin düzgün müəyyən edilməsi və vaxtın səmərəli istifadəsi üçün strategiyalar və texnikaların tətbiqi.
  • Motivasiya: Şəxsi və peşəkar hədəflərə çatmaq üçün daxili və xarici motivasiya mənbələrinin müəyyən edilməsi və artırılması.

Bu təlimlər, fərdlərin həyatında və karyerasında əhəmiyyətli dəyişikliklər yaratmaq üçün hazırlanmışdır.

  • Valideynlər üçün təlimlər: Uşaqların tərbiyəsi və inkişafı üçün effektiv metodlar və valideynlik bacarıqlarını öyrətmək məqsədi ilə hazırlanan proqramlar.
  • Xanımlar üçün təlimlər: Qadınların şəxsi və peşəkar həyatında uğur qazanmasına dəstək olmaq üçün nəzərdə tutulan özünə inam, liderlik və balans yaratma təlimləri.
  • Boşanma ərəfəsində olanlar üçün təlimlər: Cütlüklər və fərdlər arasında münasibət problemlərinin həlli və daha sağlam ünsiyyət yollarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş təlimlər.
  • Ana olmağa hazırlaşanlar üçün təlimlər: Hamiləlik dövründən başlayaraq, yeni doğulan körpənin tərbiyəsi və baxımı ilə bağlı vacib məlumatları və bacarıqları öyrədən proqramlar.
  • Cütlüklər üçün təlimlər: Münasibətlərin gücləndirilməsi, effektiv ünsiyyət və problem həll etmə bacarıqlarını artırmaq məqsədi ilə nəzərdə tutulmuş təlimlər.
  • Nikaha hazırlaşanlar üçün təlimlər: Evliliyə hazırlaşan cütlüklər üçün münasibətlərini möhkəmləndirmək, gələcək həyatlarında qarşılaşa biləcəkləri problemlərə hazırlıqlı olmaq üçün nəzərdə tutulmuş proqramlar.

Yeniyetmələr üçün treninqlər

Tələbələr üçün treninqlər

Yetkin insanlar üçün treninqlər

Online Qeydiyyat