Media – “Məcburi köçkün ailələrinə pandemiya dövründə birdəfəlik yardımın göstərilməsi” layihəsinin icrasına başlanıb.

Dövlətimizin sosial sahədə həyata keçirdiyi sosial siyasət , xüsusilə  məcburi köç künlərlə bağlı atdığı addımlar  məcburi köçkünlərin  sosial rifahı, maddi durumu və güzəranının müsbət istiqamətdə   inkişafına təsir göstərir.

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyindən Heftelik.az-a verilən məlumata görə, bu proses digər dövrlərdə olduğu kimi, pandemiya dövründə də eyni ardıcılıqla davam etdirilir.

“Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi də bu prosesdən kənarda qalmayıb, Azərbaycan Respublikasının Prezidentii yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində  məcburi köçkün ailələrinə birdəfəlik yardımların göstərilməsini zəruri hesab edib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevr cəmiyyətin həssas təbəqəsindən olan məcburi köçkünləri daima xüsusi diqqətdə saxlayır. Pandemiya dövründə də  vətəndaşlarımız dövlətdən ciddi sosial dəstək alırlar. Bu isə onların maddi-rifah halının gücləndirilməsi, onların sosial müdafiəsinin təmin edilməsinə şərait yaradır. Belə bir vəziyyətdə qeyri –hökumət təşkilatı olaraq  “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi də üzərinə düşən öhdəliyi yerinə yetirməyə çalışırıq.

     Pandemiya dövründə mühüm məsələlərdən biri əhalinin sağlamlamlığının qorunması ilə yanaşı, həmdə onların sosial müdafiəsi ilə bağlıdır. Butün bu tədbirlərin həyata keçirilməsində dövlətimizlə yanaşı,  qeyri-hökumət təşkilatları da fəal şəkildə iştirak etməli, öz üzərlərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirməli və bu prosesə öz töhfələrini verməlidirlər.

   Qeyd olunan ciddi məsələləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi  tərəfindən  “Məcburi köçkün ailələrinə pandemiya dövründə birdəfəlik yardımın göstərilməsi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bərdə və Ağdam rayonlarında yaşayan 140 məcburi köçün ailəsinə birdəfəlik ərzaq yardımının göstərilməsi nəzərdə tutulub.

Mənbə : http://heftelik.az/…/8458-maedzburi-koechkun…

Son məqalələr

Online Qeydiyyat