III Könüllü Fəaliyyət Qrupu -“Panik atak və onun Koqnitiv Bihevioral Terapiya ilə korreksiyası” seminarı

lll Könüllü Fəaliyyət Qrupumuz üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursunun növbəti dərsi 14.12.2019 tarixində baş tutdu. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı Gülər Zamanın təqdimatında tədris olunan dərs “Panik atak və onun Koqnitiv Bihevioral Terapiya ilə korreksiyası” mövzusuna həsr olundu. Gülər xanım könüllülərə mövzu üzrə həm nəzəri, həm praktik əsaslarla əhəmiyyətli məlumatlar verdi.
Zamanını ayırıb könüllülərimizin bilik və təcrübə qazanması üçün təşkil olunan kursda təlim keçdiyi üçün Gülər xanıma təşəkkürümüzü bildirir, Könüllü Fəaliyyət Qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Son məqalələr

Online Qeydiyyat