Sosial asılılıq
Bəzi insanlar asılılığa öyrənirlər. Bu, daha çox uşaqkən valideynlərin onların işlərini yerinə yetirməsi və onlara tək başına nələrisə həll etməyə icazə verməməsinə görə olur. Bu uşaqlar böyüyəndə də, təkbaşına nələrisə etməyə çəkinir və daima onların etdiyini təsdiqləyəcək, yaxud da onların yerinə işləri həll edəcək adamlar axtarırlar. Bu cür insanlar daha çox hər şeyə qarışan və […]
Fövqəladə hallar zamanı psixi sağlamlıq
Dünyada və ölkəmizdə baş verən son neqativ hadisələr səbəbi ilə çoxlu mesajlar var. İnsanlar özlərini narahat, depressiv və hətta günahkar hiss edirlər.Sizin hal-hazırda narahat və depressiv hiss etməniz anlaşılandır. Sosial mediadakı görüntülər və məlumatlar həqiqətən insanın içini sıxır. İstər Ukraynada, istər Suriyada, istər Türkiyədə baş verənlər heç xoş şeylər deyillər. Amma sizin də sosial şəbəkələrdə […]
Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
Günümüzdə psixodiaqnostika psixoloqlar ve psixiatrlar tərəfindən yüksək dəqiqliklə müsahibə və psixoloji testlər vasitəsilə həyata keçirilən bir psixoloji vasitədir. Uşaq ve yeniyetmələrlə aparılan psixodiaqnostikalar zamanı uşaq və yeniyetmələrlə yanaşı onları psixoloji diaqnostikaya gətirən valideynlərlə və ya valideynləri əvəz edən digər şəxslərlə də müsahibə aparılır. Müsahibə yolu ilə ilkin olaraq müraciət edəndən anamnez toplanır, yəni psixoloji narahatçılığın […]
Turet sindromu
Turet sindromu mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. […]
Autizm spektr pozuntusu
Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (məsələn, 8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının […]
“Hər yerdə sizi təqib edən həmin qara bulud”
Hər halda bu yazını oxuyan 10 nəfərdən 7-si bu hissi yaşayıb. Sanki bir qara bulud hər yerə sizinlə davamlı gəlirmiş kimi hiss edirsiniz. Mənəvi cəhətdən sizi yoran həmin o xəstəlik “Depresiya”dır. Depressiya problemi hər zaman araşdırılan və marağa səbəb olmuş bir psixopatalogiyadır. Belə ki depressiya sosial,psixoloji və somatik faktorlarla müşahidə olunmaqla bərbər həmçinin də bu […]
Əhvalım havaya görə dəyişir
Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır […]
Virtual Reallıq Ekspozisiya Terapiyası (VRET)
Virtual reallığa məruz qalma terapiyası (VRET) texnologiyadan istifadə edən ekspozisiya terapiyasının bir formasıdır . Ekspozisiya terapiyası narahatlıq və ya qorxuya səbəb olan vəziyyətlərə, düşüncələrə və ya xatirələrə qarşı ola biləcəyiniz stress reaksiyalarının intensivliyini azaltmağa kömək etməyə çalışır. Nəzarət olunan və təhlükəsiz mühitdə siz posttravmatik stress pozğunluğuna (PTSP) məruz qalırsınız. Bəzi hallarda, məsələn, hərbi ilə əlaqəli […]
Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində Neurofeedback aparatının rolu
Neurofeedback insanın öz beyin dalğalarının tənzimlənməsinə kömək edən bir öyrənmə yoludur. Beyin məşqləri fərdin gündəlik yaşamına,sosial həyatına və psixoloji durumuna təsir edir. Dərman istifadəsi olmadan beyindəki diqqət mərkəzi inkişaf edir və daha uğurlu fokuslama əldə edilir. Diqqət məşqlərinə başlamazdan əvvəl neurofeedback müayinəsi, diqqət və tələskənliyin səviyyəsini ölçən diqqət testi aparılır. Mütəxəssis ilkin müayinə edir və […]
DAVRANIŞ POZUNTUSU SEÇİMDİRMİ?
Bakı Şəhərində məktəblərdən birində şagirdlərin birinin digərini döyməsi ilə bağlı videogörüntülərin paylaşılması cəmiyyətdə rezonans doğurdu. Ümumi kütlənin yanaşmasına diqqət çəkəndə əksər insanlar bu davranışa məruz qalana empatiya qurdu. Zorakı davranışları icra edən şagird isə cəmiyyət tərəfindən bir növ “lənətləndi”. Kimi onun məktəbdən çıxarılmağını, kimi fiziki cəza verilməsini, kimisi isə həbs olunmasını dəstəklədiyini bildirdi. Məsələ bununla […]
Transkranial birbaşa cərəyan stimullaşdırılması və Miqren
TDCS CİHAZİ NƏDİR ? Transkranial birbaşa cərəyan stimullaşdırılması (tDCS) neyropsixiatriyada müalicə, hobbi və tədqiqat məqsədləri üçün istifadə edilən neyromodulyasiya üsullarından biridir. Johns Hopkins Tibb Mərkəzinin təsvir etdiyi kimi, tDCS beynin müəyyən hissələrini stimullaşdırmaq üçün birbaşa elektrik cərəyanlarından istifadə edən qeyri-invaziv, ağrısız beyin stimullaşdırılması proqramıdır. Mikrostimulyasiya terapiyası kimi də tanınan tDCS hobbi və tədqiqat məqsədləri üçün, […]
Panik atak keçirən şəxsə necə kömək edə bilərsiniz?!
Əgər tanıdığınız biri panik atak keçirirsə o anda duyduğu böyük təşvişə görə sağlam düşünə bilmir. Ona necə kömək etməyinizi bilmirsinizsə aşağıdaki məsləhətləri tətbiq edə bilərsəniz. Güvən verici olun Panik ataklar olduqca narahat edicidir. Hətta bəzi insanlar bu hissi infarkt keçirtməyə ya da ölüm hissinə bənzədirlər. Atak keçirən birinin, əslındə o an təhlükədə olmadığına dair içini […]