Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib

Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib

11.04.2019-cu il tarixində Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib. Tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılan, 20-dək müəssisənin təmsil olunduğu tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunu institutun nəzdində fəaliyyət göstərən Marketinq şöbəsinin müdiri Şahin Şərifov və şöbənin […]

Tələbələrin təcrübə proqramı – Bakı Qızlar Universiteti

08.04.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı 08.04.2019 – 24.05.2019 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.Baş tutan görüşdə institutun rəhbəri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr və […]

NLP Praktik Sertifikat Təlimi – sertifikatların təqdim olunması

NLP Praktik Sertifikat Təlimi - sertifikatların təqdim olunması

07.04.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, NLP Təlimçisi Məhərrəm Əliyevin təqdimatında NLP Praktik Sertifikat Təlimi uğurla başa çatdı.Təlimi bitirən hər bir iştirakçıya BEYNƏLXALQ SERTİFİKAT təqdim olundu. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, uğurlu keçən təlim üçün Məhərrəm Əliyevə təşəkkürümüzü […]

SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI

SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI

07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi.Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq hər il 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən […]

“Abituriyentlərin imtahana psixoloji hazırlığı” təlimi

"Abituriyentlərin imtahana psixoloji hazırlığı" təlimi

05.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlim keçirildi. Abituriyentlər, müəllimlər, valideynlər və psixoloqların iştirakı ilə keçən təlimdə Elnur Rüstəmov qəbul imtahanına psixoloji hazırlıq, imtahan stressinin idarə olunması, özünə inam, hədəfə yönəlmə, müvvəffəqiyyətə köklənmə, motivasiya və s. mövzular üzrə məruzə etdi, həmçinin təlim iştirakçılarının suallarını cavablandırdı. İnanırıq ki, […]

Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş

Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş

04.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş keçirildi. Qeyd edək ki, Azərbaycanda səfərdə olan tələbələr Qlobal Karyera İnstitutunun dəstəyilə Azərbaycanın bir sıra institutlarını gəzmiş, bu gün isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olmuşlar. Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində […]

“HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI praktik təlimi

"HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI praktik təlimi

31.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” adlı praktik təlim baş tutdu. Həyəcan pozuntusunun yaranma səbəbləri, digər problemlərə keçid etməsi və həyəcanın aradan qaldırılma texnikalarından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, praktik çalışmalar, sual-cavab, […]

Könüllü Fəaliyyət Proqramı – görüş

Könüllü Fəaliyyət Proqramı - görüş

30.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin digər əməkdaşları iştirak etmişlər. Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət […]

Tələbələrin təcrübə proqramı – görüş

29 mart tarixində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin IV kurs tələbələrinin Psixologiya Elmi-Tədqiqat İnstitutu daxilində planlaşdırılan praktik təcrübə müddəti sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov təcrübəçi tələbələrlə yekun görüşdə geridə qoyduğumuz bir ay müddətində praktik təcrübə proqramı əsasında görülən işlərdən danışdı, tələbələrin fikirlərini dinlədi və son olaraq bütün tələbələrə əldə […]

“Koqnitiv İnkişaf” təlimi

"Koqnitiv İnkişaf" təlimi

28.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya Departamentinin dəvətilə həmin departamentin 1-ci və 2-ci kurs tələbələrinə qonaq müəllim qismində “Koqnitiv İnkişaf” mövzusunu tədris etmişdir.Tələbələrin də aktivliyilə keçən dərs sual-cavab, qarşılıqlı diskussiya şəklində davam etmişdir. Dəvət üçün Xəzər Universitetinin Psixologiya Departamentinə, uğurlu keçən […]

Könüllü Fəaliyyət Proqramı – seçim mərhələsi

Könüllü Fəaliyyət Proqramı - seçim mərhələsi

26 Mart 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı. Sənəd qəbulu mərhələsindən keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı. Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin əməkdaşları Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas […]

“UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” praktik təlimi

"UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA" praktik təlimi

17.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında “UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” adlı praktik təlim baş tutdu. Uşaq tərbiyəsində istifadə edilən metodlar, ailədə düzgün disiplin, mükafatlandırma və cəza sisteminin düzgün tətbiqetmə qaydaları və texnikaları, düzgün davranış modelinin qurulmasından bəhs […]

Online Qeydiyyat