Tələbələrin təcrübə proqramı – Bakı Qızlar Universiteti

08.04.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı 08.04.2019 – 24.05.2019 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.
Baş tutan görüşdə institutun rəhbəri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər haqqında məlumat verdi, institutun əsas fəaliyyət istiqamətləri ilə tələbələri tanış etdi. Elnur Rüstəmov çıxışın sonunda təcrübə proqramına əsasən hər iki tərəfin qarşısında duran vəzifə və öhdəliklərdən danışaraq tələbələrə uğurlar arzuladı. 
Onu da qeyd edək ki, tələbələrimiz bu müddət ərzində Psixologiya Elmi-Tədqiqat İnstitutunda peşə bilik və bacarıqları üzrə nəzəri və praktik hissəni əhatə edən təcrübə proqramı keçəcəklər. 
Bütün tələbələrə uğurlar arzulayırıq!

Online Qeydiyyat