“Ailə Psixologiyası” Kursu (Modul 3)
Fotolar Psixologiya Elmi-Tədqiqat İnstitutunda tədris olunan Ailə Psixologiyası Kursunun 3-cü modulunu əks etdirir. Qeyd edək ki, kursun 3-cü modulu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutdu. Yüksək peşəkarlıqla tədris olunan dərs üçün Nərmin Quliyevaya təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun doğum günü
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun doğum günüdür. Bu münasibətlə bütün kollektivimiz adından hörmətli sədrimizi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, işlərində uğurlar arzu edirik! Dəyərli rəhbər, nüfuzlu psixoloq, gözəl ailə başçısı, qayğıkeş ata, gözəl insan! Doğum Gününüz Mübarək! Ən xoş arzularla! Psixologiya Elmi-Tədqiqat İnstitutu
“Ailə psixologiyası” Kursu (Modul 2)
Fotolar Psixologiya Elmi-Tədqiqat İnstitutunda tədris olunan Ailə Psixologiyası Kursunun 2-ci modulunu əks etdirir. Qeyd edək ki, kursun 2-ci modulu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutdu. Yüksək peşəkarlıqla tədris olunan dərs üçün Nərmin Quliyevaya təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!
Psixoloji Məsləhət Kursu (fərdi dərs)
Fərdi dərslərimiz davam edir. Təqdim etdiyimiz görüntülər Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın fərdi tədris etdiyi Psixoloji Məsləhət Kursundan görüntülərdir. Məlumat üçün bildirək ki, klinik psixoloq Gülər Zaman qeyd olunan bölmələr üzrə fərdi dərslər tədris edir : Psixoloji Məsləhətə giriş; Klinik psixologiya; […]
“Ailə Psixologiyası” Kursu (Modul 1)
08.06.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ailə Psixologiyası Kursu tədris olunmağa başladı. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan ilk modulda ailə psixologiyasının obyekti və predmeti, tarixi haqda iştirakçılara ilkin məlumatlar verildi, ailə genoqramının qurulması izah olundu və genoqram üzərində keys analizi aparıldı. İştirakçıların sualları cavablandırıldı, dərs qarşılıqlı fikir mübadiləsi əsasında […]
Psixo-help – “Evlilik qorxusu”
Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 08.06.2021 tarixində baş tutdu. Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Vəliyeva, mövzu isə “Evlilik qorxusu” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. […]
“Peşəkar Psixoloq” Təcrübə Proqramı
Fotolar “Peşəkar Psixoloq” Təcrübə Proqramının dərslərini əks etdirir. Qeyd edək ki, təcrübə proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur. Hər dərs mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırılır, praktik texnikaların tətbiqi öyrədilir, dərs materialları və slaydlar iştirakçılara təqdim edilir. Peşəkarlıqla tədris olunan […]
Klinik Psixologiya Kursu (fərdi dərs)
Psixologiyanın müxtəlif istiqamətləri üzrə fərdi tədris olunan dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Məlumat üçün bildirək ki, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva psixologiyanın qeyd olunan bölmələri üzrə fərdi dərslər tədris edir: Psixoloji […]
“Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” vebinarı
04.06.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu. “Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və nevroloq Vəfa Əzimovanın təqdimatında baş tutdu. Mütəxəssislərin hər biri mövzuya öz sahəsi […]
“Sağlam gələcək naminə erkən nigaha yox deyirik!”” adlı onlayn dəyirmi masa keçirilib.
03 iyun 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təsdiq edilmiş Dövlət Proqramında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2024-ci illər üçün Fəaliyyət Planı”nda Azərbaycan Respublikasında erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirilməsi üçün “Sağlam gələcək naminə erkən nigaha yox […]
“Klinik Psixologiya” kursu (fərdi dərs)
Fərdi dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil/what’s App)
“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” vebinarı
Bu gün, 28.05.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu. “Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və ginekoloq-endokrinoloq Gülnarə İsmayılovanın […]