“Sağlam gələcək naminə erkən nigaha yox deyirik!”” adlı onlayn dəyirmi masa keçirilib.

03 iyun 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təsdiq edilmiş Dövlət Proqramında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2024-ci illər üçün Fəaliyyət Planı”nda Azərbaycan Respublikasında erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirilməsi üçün “Sağlam gələcək naminə erkən nigaha yox deyirik!” adlı onlayn dəyirmi masa keçirilib.

Görüşün məqsədi- erkən nigah və onun mənfi təsirləri barədə uşaqları maarifləndirmək, ictimaiyyət arasında təbliğat işləri aparmaqdır.

Görüşdə-Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin, İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru polis polkovnik-leytenant Kəmalə xanım Ələkbərova, Psixologiya Elmi-Tədqiqat İnistitutunun sədri, psixoloq Elnur Rüstəmov, Bakı şəhəri 192 saylı tam orta məktəbin direktoru Təhmasib Məmiyev və məktəbin təşkilatçısı Təranə Mehdiyeva, Azərbaycan Respublikasının əməkdar artisti Anar Heybətov, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva, mərkəzin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər.

Tədbirdə “Sağlam gələcək naminə erkən nigaha yox deyirik!” mövzusunda hazırlanmış videoçarx nümayiş olunub. Dəyirmi masada iştirak edən qonaqlar bu mövzu ətrafında çıxış edərək maarifləndirici müzakirələr aparıb və uşaqların suallarını ətraflı cavablandırıblar. Mərkəzin dərnək üzvləri ədəbiyyatımızın görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin “Ey fələk zülmün əyandır” adlı bəhri təvilini səsləndiriblər. Sonda dərnək üzvlərinin iştirakı ilə müasir, peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin “O olmasin, bu olsun” operettasından kiçik bir parça nümayiş olunub.

Online Qeydiyyat