“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” vebinarı

Bu gün, 28.05.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu.

“Uşaqlarda cinsi inkişaf: psixoloq və ginekoloq məsləhəti” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və ginekoloq-endokrinoloq Gülnarə İsmayılovanın təqdimatında baş tutdu.

Mütəxəssislərin hər biri mövzuya öz sahəsi üzrə peşəkar yanaşma ilə çıxış etdi, daha sonra iştirakçıların suallarını cavablandırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mətanət xanıma və Gülnarə xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

Online Qeydiyyat