“Psixososial reabilitasiya proqramı” çərçivəsində təlimlər təşkil olunmuşdur.

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin əməkdaşları üçün psixososial reabilitasiya təlimi təşkil olunub. Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixososial reabilitasiya proqramı” çərçivəsində təşkil olunan təlimlər əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Müəssisədə çalışan 40-a yaxın işçinin cəlb olunduğu təlim 8 gün davam edəcək. Sonda iştirakçıların təlim zamanı qazandıqları bilik səviyyəsi […]

“Stressin idarə edilməsi” mövzusunda tələbələrlə görüşü baş tutub.

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun tələbələrlə görüşü baş tutub. Zoom platformasında həyata keçirilən görüş “Stressin idarə edilməsi” mövzusuna həsr edilib. Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və təcrübəsini tələbələrlə bölüşüb, stressin həyatımızda rolu, onu yaradan faktorlar və düzgün şəkildə […]

“Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı.

08.02.2021 tarixində başlayan və 3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 2” uğurla başa çatdı. Qeyd edək ki, proqram Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu. İştirakçıların təşəbbüsü ilə onlarla son görüşümüz […]

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı.

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı uğurla başa çatdı. 01.03.2021 tarixindən 22.05.2021 tarixinədək olan müddət ərzində institutumuzun əməkdaşları tərəfindən təcrübəçi tələbələrə psixologiyanın aktual istiqamətlərində onların bilik və bacarıqlarını təkmilləşdirən, analiz qabiliyyətlərini inkişaf etdirən nəzəri və praktik təlimlər tədris olundu, […]

Tələbə Təcrübə Proqramı (son həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən son həftənin yekununu sizinlə paylaşırıq: 17.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Psixodiaqnostika” mövzusunda təlim; 18. 05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq […]

Psixo-help – “Abituriyentlərdə demotivasiya problemi” vebinarı

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 22.05.2021 tarixində baş tutdu. Qonağımız Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlı, mövzu isə “Abituriyentlərdə demotivasiya problemi” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım iştirakçılara […]

Klinik Psixologiya Kursu (fərdi dərs)

Fərdi dərslərimiz davam edir. Fotolar Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi Klinik Psixologiya dərsindən görüntülərdir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil/what’s App)

Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib.

Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi barədə dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları və Təhsil Nazirliyinin müvafiq əmrlərinin icrası ilə bağlı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 – 2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf […]

Tələbə Təcrübə Proqramı – “Psixoloji Məsləhət”

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramı davam edir. Növbəti təlim bu gün, 20.05.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında tədris olundu. Qeyd edək ki, təlimin mövzusu “Psixoloji Məsləhət” idi. Elnur Rüstəmov mövzu üzrə öz zəngin bilik və […]

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər başa çatdı.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər uğurla başa çatdı. Qeyd edək ki, 1 həftə müddətində davam edən təlimlər Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə […]

Psixo-help – “Təşviş və onun həyatımıza təsiri”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 15.05.2021 tarixində baş tutdu. Qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilova, mövzu isə “Təşviş və onun həyatımıza təsiri” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin […]

Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir.

20.02.2021 tarixində başlayan, Zoom platformasında tədris olunan Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir. Qeyd edək ki, nəzəriyyə və praktikanı özündə birləşdirən təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunur. İnstitutumuzda tədris olunan […]

Online Qeydiyyat