Psixo-help – “Təşviş və onun həyatımıza təsiri”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 15.05.2021 tarixində baş tutdu.

Qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilova, mövzu isə “Təşviş və onun həyatımıza təsiri” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Online Qeydiyyat