“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər başa çatdı.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər uğurla başa çatdı. Qeyd edək ki, 1 həftə müddətində davam edən təlimlər Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olundu.

Uğurla tədris olunan təlimlər üçün Nuranə xanıma təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik!

Online Qeydiyyat