“Şəxsiyyət tipi və pozuntusu” vebinarı
05.06.2020 tarixində faydalı biliklərlə zəngin daha bir vebinarımız baş tutdu. Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, psixoloq Aynur İsgəndərlinin təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar “Şəxsiyyət Tipləri” mövzusuna həsr olundu. Vebinar iştirakçıların məmnunluq rəylərilə sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Aynur xanıma təşəkkürümüzü bildirir, vebinar iştirakçılarına uğurlar arzu edirik!
“Sxema (Şema) Terapiya” vebinarı
04.06.2020 tarixində faydalı biliklərlə zəngin daha bir vebinarımız baş tutdu. Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, idman psixoloqu, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar “Sxema ( Şema) Terapiya” mövzusuna həsr olundu. Fəxriyyə xanım şema terapiyanın yaranma tarixi, onun tətbiq sahəsi haqda geniş məlumat verdi, həmçinin iştirakçıları şema terapiyanın texnikaları ilə də tanış […]
Könüllü Fəaliyyət Qrupu – Psixoloji Məsləhət kursu (II dərs)
01.06.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün tədris olunan Psixoloji Məsləhət kursunun ikinci dərsi keçirildi.Nərmin Quliyevaya zəngin bilik və təcrübəsini Könüllü Fəaliyyət Qrupunun üzvləri ilə paylaşdığı üçün təşəkkürümüzü bildirir, gənc psixoloqlara uğurlar arzu edirik.
“PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR” vebinarı
23.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR” mövzusunda vebinar keçirildi. Vebinarda hər biri öz sahəsində peşəkar olan 4 mütəxəssis müxtəlif mövzularda öz bilik və təcrübələrini iştirakçılarla paylaşdılar. 1. Nərmin Quliyeva – Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq – “Geştalt Terapiya” ; 2. Nilufər Əlizadə – Xəzər Universitetinin Psixologiya Departamentinin müəllimi, klinik psixoloq […]
Könüllü Fəaliyyət Qrupu – Psixoloji Məsləhət kursu
23.05.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Psixoloji Məsləhət kursu tədris olunmağa başladı. Zoom proqramı vasitəsilə online olaraq tədris olunan kursun ilk dərsində Nərmin xanım könüllülərə psixoloqa müraciət edən şəxsin ilkin dəyərləndirilməsi, psixoloq-pasiyent münasibətlərinin düzgün qurulmasından bəhs etdi, həmçinin könüllülərimizi maraqlandıran sualları […]
“Panik Pozuntunun müalicəsində zehni davranış terapiyası” mövzusunda online workshop
21.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında “Panik Pozuntunun müalicəsində zehni davranış terapiyası” mövzusunda online workshop keçirildi. Workshopda Mələk xanım panik atak və panik pozuntunun müqayisəli təhlilini apardı, panik pozuntunun müalicəsində koqnitiv bihevioral terapiyanın effektiv rolundan bəhs etdi, həmçinin iştirakçıların suallarını cavablandırdı. Mələk xanıma öz bilik […]
“Qrup Terapiya Texnikaları” mövzusunda online workshop
14.05.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi və psixologiya üzrə fəlsəfə proqramı üzrə doktorantı, psixoloq Mətanət Əliyevanın təqdimatında “Qrup Terapiya Texnikaları” mövzusunda online workshop keçirildi. Workshopda Mətanət xanım qrup terapiyanın aparılma qaydaları, terapiya zamanı istifadə olunan texnikalar haqqında ətraflı məlumat verdi, həmçinin iştirakçıların suallarını cavablandırdı. İştirak edən hər kəsə uğurlar […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunda ikinci dəfə profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.
10.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ikinci dəfə profilaktik dezinfeksiya tədbirləri aparılmışdır. Dezinfeksiya tədbirlərinin həyata keçirilməsində məqsəd dünyada yayılmaqda olan koronavirus ( COVİD 19) infeksiyasının yayılmasının və yoluxma hallarının qarşısını almaqdır. Bununla bağlı narahatlıq yaşayan hər kəsin nəzərinə çatdırmaq istəyirik ki, institutumuzda zəruri olan bütün profilaktik tədbirlər həyata keçirilmişdir.
Psixoloqlar qanvermə aksiyasında iştirak etdilər (Media).
Psixologiya Elmi-Tədqiqat İnstitutunda qanvermə aksiyası keçirilib. Koronavirus (COVİD 19) infeksiyasının yayılması səbəbilə yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün də təhlükə yaradır. Belə ki, son günlərdə donorların sayında müşahidə olunan kəskin azalma qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü demək olar ki, […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qanınla can ver” şüarı ilə qanvermə aksiyası həyata keçirdi.
22.04.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda qanvermə aksiyası keçirildi. Koronavirus (COVİD 19) infeksiyasının yayılması səbəbilə yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün də təhlükə yaradır. Belə ki, son günlərdə donorların sayında müşahidə olunan kəskin azalma qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü demək […]
İnstitutun şöbələri üzrə aylıq hesabat iclası
Bütün dünyanı narahat edən koronavirus (COVİD – 19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu aylıq iclaslarını online olaraq həyata keçirir. Həmin iclaslardan görüntüləri sizə təqdim edirik: 1) Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun institutun nəzdində fəaliyyət göstərən […]
Müsahibə : “İnsanlar dezinformasiyadan qorunmalıdır” – Stress yaradır
“Hətta günün bütün hissəsini sosial şəbəkələrdə keçirməməlidir”“Bəlli saatlarda internetdə olmağı psixi sağlamlıq baxımından yaxşı təsirlər göstərər”Azərbaycanda Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunur. Əhali bir aya yaxındır, evdə vaxt keçirir. Əlbəttə, aktiv həyat tərzi sürən insanların ictimaiyyətdən təcrid olunması mənfi halların yaranmasına səbəb ola bilir. Həm də evdəki məşğuliyyətlərin eyniləşməsi, günlərin təkrarlanması stress […]