“PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR” vebinarı

23.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR” mövzusunda vebinar keçirildi.

Vebinarda hər biri öz sahəsində peşəkar olan 4 mütəxəssis müxtəlif mövzularda öz bilik və təcrübələrini iştirakçılarla paylaşdılar.

1. Nərmin Quliyeva – Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq – “Geştalt Terapiya” ;

2. Nilufər Əlizadə – Xəzər Universitetinin Psixologiya Departamentinin müəllimi, klinik psixoloq – “Humanist Terapiya”

3. Fəxriyyə Nəsirzadə – İdman psixoloqu, klinik psixoloq – “Sxema ( Şema) Terapiya” ;

4. Gülər Zaman – Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi, klinik psixoloq – “Koqnitiv Bihevioral Terapiya”.

Vebinar iştirakçıların müsbət rəyləri ilə başa çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də hər bir mütəxəssisə maraqlı və faydalı keçən vebinar üçün təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat