“Panik Pozuntunun müalicəsində zehni davranış terapiyası” mövzusunda online workshop

21.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında “Panik Pozuntunun müalicəsində zehni davranış terapiyası” mövzusunda online workshop keçirildi.

Workshopda Mələk xanım panik atak və panik pozuntunun müqayisəli təhlilini apardı, panik pozuntunun müalicəsində koqnitiv bihevioral terapiyanın effektiv rolundan bəhs etdi, həmçinin iştirakçıların suallarını cavablandırdı.

Mələk xanıma öz bilik və təcrübəsini iştirakçılarla paylaşdığı üçün təşəkkürümüzü bildirir, iştirak edən hər kəsə uğurlar arzu edirik.

Online Qeydiyyat