Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tərəfindən təlim keçirilib
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tərəfindən təlim keçirilib. O, sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixoloji sağlamlıq haqqında iştirakçılara məlumat verib, psixoloji vəziyyətimizi qorumağın yollarından bəhs edib. Elnur Rüstəmov həmçinin Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti və ölkəmizdə psixologiya sahəsində töhfələri haqqında danışıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib. Görüşdə tədqiqat qruplarının üzərində işlədiyi 3 fərqli məqalənin müzakirəsi aparılıb. Qrup üzvləri Azərbaycan dilində adaptasiyasını həyata keçirmək üçün “Smartfondan asılılıq şkalası”, “Rozenberq özünəhörmət şkalası” və “Məktəb iştirakı şkalası”nın tədqiqat məqaləsinin “Introduction” hissəsini yekunlaşdırıblar. Eyni zamanda, adaptasiyanın həyata keçirilməsi üçün tədqiqatın hədəf kütləsini təşkil edən insanlardan məlumatlar əldə […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov iqtisadiyyat.az saytına valideyn-uşaq modelləri ilə bağlı müsahibə verib
“İnsan öz inkişafında müxtəlif mərhələlərdən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən uşağın şəxsiyyətinin formalaşmasında həm fiziki, həm də psixi inkişaf vacib amildir. […]
Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinin ilk dərsi keçirilib
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2024-2025-ci tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinin ilk dərsi keçirilib. Tələbələrimizin hər birinə uğurlar arzu edirik!
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov oxu.az saytına son zamanlar məktəblərdə yeniyetmələr arasında yaşanan problemlə bağlı müsahibə verib
“Tədris ili yeni başlayıb. Məktəbə adaptasiya prosesində şagirdlərin bir qisminin çətinlik yaşadığının şahidi oluruq. Xüsusən davranış pozuntusu olan, çətin tərbiyə edilən məktəblilər bu mərhələdə həm məktəb, həm ailə, həm də cəmiyyət üçün problem yaradırlar. Bu kateqoriyadan olan yeniyetmələrdə aqressiya və kəsici alətlərlə zorakılıq hallarının artmasının müxtəlif psixoloji və sosial səbəbləri var. Psixoloji baxımdan bu məsələyə […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib. Ötən ay ərzində tədqiqat qrupunun üzərində çalışdığı “Həyatboyu bacı-qardaş münasibətləri şkalası” və “Tuckman prokrastinasiya şkalası” adlı 2 tədqiqat məqaləsinin yekun müzakirəsi aparılıb. “Rozenberg Özünəhörmət şkalası”, “Məktəb təşvişi şkalası” və “Məktəb iştirakı şkala”sının Azərbaycan dilinə adaptasiyası üçün görüləcək işlər planlaşdırılmış və müzakirə olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov azerbaijan-news.az saytına müsahibə verib
2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir. Zorakılıq dedikdə, aqressiya və təzyiq vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar […]
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodiaqnostikası və psixokorekksiyası” ixtisasartırma kursunun dərsindən görüntülər
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodiaqnostikası və psixokorekksiyası” ixtisasartırma kursunun dərsindən görüntülər. İxtisasartırma kursundan əldə etdiyiniz sertifikat bütün dövlət və özəl müəssisələrdə keçərlidir❗️ Qeyd edək ki, 4-cü qrupumuz üçün qeydiyyat davam edir ✅ Qeydiyyat üçün tələsin❗️ Əlaqə: 070 268 27 08
Şagirdlərin arasında bullinqin xüsusiyyətlərini öyrənmək üçün Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “İllinois Bullinq Şkalası” Azərbaycan dilinə adaptasiya olunmuşdur
Şagirdlərin arasında bullinqin xüsusiyyətlərini öyrənmək üçün Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “İllinois Bullinq Şkalası” Azərbaycan dilinə adaptasiya olunmuşdur. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d. Elnur Rüstəmov, Mətanət Əliyeva, Ülviyyə Nəhmətova və Narınc Rüstəmova tərəfindən aparılan tədqiqatın məqaləsi beynəlxalq bazalarda indekslənən “Problems of Psychology in the 21st Century” jurnalında dərc olunmuşdur. Yuxarıda təqdim olunan şəkillərdə şkala ilə tanış […]
Ötən günü Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun görüşü keçirilib
Ötən günü Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun görüşü keçirilib. Görüşdə hazırda Azərbaycan dilinə adaptasiyası həyata keçirilən 2 şkalanın (“Həyatboyu bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”) tədqiqat məqaləsinin yekun işləri müzakirə olunub. Tukman prokrastinasiya şkalasının Azərbaycan dilində psixometrik meyarlarının yoxlanılması üçün Azərbaycan məktəblərində təhsil alan 5-11-ci sinif şagirdləri məlumatların toplanması üçün sorğuya cəlb olunmuşdur. Həyatboyu […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov qaynarinfo.az saytına müsahibə verib
“Pərakəndə satışın canlı və daim dəyişən mənzərəsində “lüks yaşam” anlayışı – yüksək səviyyəli məhsullar, nüfuzlu brendlər, yüksək qiymət etiketləri və unikal cazibəsi ilə seçilir. Bu gün cəmiyyətimizdə maraq doğuran hallardan biri də istehlakçıların hətta xeyli xərclə hədsiz baha qiymətli məhsullara sərmayə qoymağa meyil etməsidir”. Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan bir tədqiqat məktəb psixoloqlarının peşəkar kimliyini, psixi sağlamlığını, iş məmnuniyyətini və psixoloji stresslə əlaqələrini araşdırıb
Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan bir tədqiqat məktəb psixoloqlarının peşəkar kimliyini, psixi sağlamlığını, iş məmnuniyyətini və psixoloji stresslə əlaqələrini araşdırıb. Bu araşdırmanın nəticələri İnstitutun sədri, f.ü.f.d. Elnur Rüstəmov, İnkişaf və yaş psixologiyası şöbəsinin əməkdaşı uzman klinik psixoloq Narınc Rüstəmova, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri psixoloq Ülviyyə Nəhmətova və klinik psixoloqlar Fuad Əsədov, Çinarə Kazımzadə […]