Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir.

20.02.2021 tarixində başlayan, Zoom platformasında tədris olunan Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir. Qeyd edək ki, nəzəriyyə və praktikanı özündə birləşdirən təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunur. İnstitutumuzda tədris olunan […]

3-16 yaşlı uşaq və yeniyetmələrin ödənişsiz psixodiaqnostikası həyata keçirildi.

Bu gün, 13.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsi Ramazan bayramı münasibətilə 3-16 yaşlı uşaq və yeniyetmələrin ödənişsiz psixodiaqnostikasını həyata keçirdi. Psixodiaqnostika Uşaq Psixologiya bölməsinin rəhbəri, psixoloq Mətanət Əliyeva tərəfindən aparıldı. Müxtəlif psixodiaqnostik və proyektiv metodlar vasitəsilə müraciət edənlərin psixoloji narahatlığı müəyyən olundu, korreksiyası istiqamətində valideynlərə tövsiyələr verildi. Əməkdaşımız Mətanət xanıma təşəbbüsü […]

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər davam edir. Növbəti təlim 11.05.2021 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında baş tutdu. Proqram üzrə […]

“Sxema ( Şema ) Terapiya” vebinarı

10.05.2021 tarixində Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında “Sxema ( Şema ) Terapiya” adlı vebinar baş tutdu. Vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Zoom platforması üzərindən həyata keçirildi. Fəxriyyə xanım vebinar iştirakçılarına Sxema terapiyanın məqsədi və işlənmə metodları, sxemlər və modlar, sxemalarla işləmə texnikaları və mövzu üzrə zəruri məlumatları verdi, sxema terapiyanın […]

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər tədris olunmağa başladı.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində məktəb psixoloqları üçün təlimlər tədris olunmağa başladı. İlk təlim 10.05.2021 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında baş tutdu. Proqram […]

Tələbə Təcrübə Proqramı (9-cu həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən bu həftənin yekununu sizinlə paylaşırıq: 03.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında “Özgüvənin formalaşması” mövzusunda təlim; 04.05.2021 – Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya […]

“Psixoloji Məsləhət” kursu (fərdi dərs)

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın fərdi tədris etdiyi “Psixoloji Məsləhət” kursunun məzununa Sertifikat təqdim edildi . Yüksək peşəkarlıqla tədris olunan kurs üçün Gülər xanıma təşəkkürümüzü bildirir , kurs iştirakçımıza uğurlar və kursda öyrəndiklərini öz təcrübəsində uğurla tətbiq etməyi arzu edirik.

“Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir. 05.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında 238 nömrəli tam orta məktəbin abituriyentlərinə, Psixoloji Xidmət və Reabilitasiya […]

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində təlimlər davam edir. Təlimlər Microsoft Teams tətbiqi üzərindən hər biri 600 nəfərdən ibarət qruplar üzrə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları: Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə […]

Yeniyetmələr üçün Qrup terapiyası

05.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq psixologiya bölməsi yeniyetmələr üçün qrup terapiyası həyata keçirdi. Qrup terapiyası Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutdu. Qrup terapiyasında yeniyetmələrdə özgüvənin formalaşmasına və artırılmasına yönəlmiş, imtahan həyəcanının […]

“Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir. 04.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında 202 nömrəli tam orta məktəbin abituriyentlərinə, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Vəliyevanın təqdimatında 240 nömrəli tam […]

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində növbəti təlimlər tədris olundu.

04.05.2021 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində növbəti təlimlər tədris olundu. Təlimlər Microsoft Teams tətbiqi üzərindən hər biri 600 nəfərdən ibarət qruplar üzrə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları: Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, […]

Online Qeydiyyat