“Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

04.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında 202 nömrəli tam orta məktəbin abituriyentlərinə, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Vəliyevanın təqdimatında 240 nömrəli tam orta məktəbin abituriyentlərinə eyniadlı təlimlər tədris olunmuşdur.

Təlimlərin keçirilməsində məqsəd abituriyentlərdə stress və imtahan həyəcanının idarə olunması, özünəinam və motivasiyanın yüksəldilməsidir.

Uğurla tədris olunan təlimlər üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, abituriyentlərə uğurlar və müvəffəqiyyətlər arzu edirik!

Online Qeydiyyat