Yeniyetmələr üçün Qrup terapiyası

05.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq psixologiya bölməsi yeniyetmələr üçün qrup terapiyası həyata keçirdi.

Qrup terapiyası Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq psixologiya bölməsinin rəhbəri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutdu.

Qrup terapiyasında yeniyetmələrdə özgüvənin formalaşmasına və artırılmasına yönəlmiş, imtahan həyəcanının idarə olunmasına birbaşa təsir göstərən psixoterapevtik məşğələlər aparıldı.

Uğurlu keçən qrup terapiyası üçün Mətanət xanıma təşəkkürümüzü bildirir, yeniyetmə iştirakçılarımıza özgüvən arzu edirik!

Qeyd edək ki, institutumuzda yeniyetmələr üçün qrup terapiyası mütəmadi olaraq təşkil edilir.

Ətraflı məlumat əldə etmək və iştirak üçün bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat