Tələbə Təcrübə Proqramı 2 – “Psixoloji məsləhətdə ilkin dəyərləndirmə”
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və institutumuzda təcrübə keçən lV kurs tələbələri üçün növbəti təlim 25 fevral 2020 tarixində baş tutdu.Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Xəyalə Zalıyevanın təqdimatında baş tutan təlim “Psixoloji məsləhətdə ilkin dəyərləndirmə” mövzusunu əhatə etdi.Xəyalə xanıma öz bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün […]
Loqopediya kursu (2) (Modul 2)
24.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Praktik Loqopediya Kursunun ikinci modulu baş tutdu. Qeyd edək ki, kurs Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunur.
Tələbə Təcrübə Proqramı 2 – “Psixoloji Məsləhət”
24.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutumuzda praktik təcrübə keçən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələrinə “Psixoloji Məsləhət” mövzusunda təlim tədris etmişdir. Elnur Rüstəmov təlimdə psixoloji məsləhət prosesinin əsas mahiyyəti, psixoloq fəaliyyətinə qoyulan tələblər, etik normalar, standartlar və s. haqqında ətraflı məlumat […]
“Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursu (Modul 3)
22.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursunun 3-cü modulu baş tutdu. Qeyd edək ki, kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi Gülər Zamanın təqdimatında tədris edilir. Kursun növbəti modullarında siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 […]
IV Könüllü Fəaliyyət Qrupu – Qrup Terapiyası
22.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün qrup terapiyası keçirildi. Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən keçirilən qrup terapiyası şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri birlikdə həll etmək və s. xidmət edir. Terapiya zamanı həmçinin könüllülərimizə qrup […]
“Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq elmi-praktik konfransın materiallar (tezislər) toplusu
Dəyərli izləyicilərimiz, sizinlə sevindirici və qürurverici bir xəbəri paylaşmaq istəyirik. 25-26 İyul 2019 tarixlərində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin də ev sahibi olduğu məkanda “Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın keçirilməsində başlıca hədəf məhz dünyada psixologiya sahəsində […]
Tələbə Təcrübə Proqramı 2 – “Qısamüddətli Həll Mərkəzli Terapiya”
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və institutumuzda təcrübə keçən lV kurs tələbələri üçün növbəti təlim 20 fevral 2020 tarixində baş tutdu.Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutan təlim “Qısamüddətli Həll Mərkəzli Terapiya” mövzusunu əhatə etdi.Mətanət […]
Tələbə Təcrübə Proqramı 2 – “Van Gogh painted with words” film analizi
Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən tələbələr üçün 20.02.2020 tarixində film müzakirəsi keçirildi.Belə ki, onlar üçün “Van Gogh painted with words” filmi nümayiş etdirildi, daha sonra həmin filmdəki obrazların analizi, psixoloji vəziyyətləri, obrazdakı bipolyar pozuntunun yaranma səbəbləri Psixoloji Xidmət […]
Psixoloji Təkmilləşmə Kursu – Ümumi psixologiya (Modul 1)
20.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Təkmilləşmə Kursunun 1-ci modulu baş tutdu. Kurs proqramı üzrə 1-ci modul Ümumi Psixologiya mövzusuna həsr olundu, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi Nigar Muradovanın təqdimatında tədris edildi. Nigar xanıma kursun tədrisində iştirak edib öz biliklərini geniş auditoriya kütləsilə paylaşdığı üçün təşəkkürümüzü […]
Tələbə Təcrübə Proqramı 2 – “Nevrotik pozuntuların diaqnostikası və korreksiyası”
Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən tələbələr üçün növbəti təlim 19.02.2020 tarixində baş tutdu.Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında keçirilən təlim “Nevrotik pozuntuların diaqnostikası və korreksiyası” mövzusuna həsr olundu.Nərmin xanım […]
Tələbə Təcrübə Proqramı 2 – “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları”
18.02.2020 tarixində Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən tələbələr üçün ilk təlim baş tutdu.Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında keçirilən təlimin mövzusu “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” idi.Nərmin xanım təcrübəçi […]
Tələbə Təcrübə Proqramı 2 – Bakı Dövlət Universiteti
17.02.2020 tarixində Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı üç ay müddətində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr […]