Tələbə Təcrübə Proqramı 2 – “Psixoloji Məsləhət”

24.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutumuzda praktik təcrübə keçən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələrinə “Psixoloji Məsləhət” mövzusunda təlim tədris etmişdir. Elnur Rüstəmov təlimdə psixoloji məsləhət prosesinin əsas mahiyyəti, psixoloq fəaliyyətinə qoyulan tələblər, etik normalar, standartlar və s. haqqında ətraflı məlumat vermiş, həmçinin tələbələrin fikirlərini dinləyərək, onların suallarını cavablandırmışdır.Praktik məlumatlarla zəngin təlim üçün Elnur Rüstəmova təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar diləyirik.

Online Qeydiyyat