“Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq elmi-praktik konfransın materiallar (tezislər) toplusu

Dəyərli izləyicilərimiz, sizinlə sevindirici və qürurverici bir xəbəri paylaşmaq istəyirik.

25-26 İyul 2019 tarixlərində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin də ev sahibi olduğu məkanda “Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransın keçirilməsində başlıca hədəf məhz dünyada psixologiya sahəsində qazanılmış nailiyyətlərlə Azərbaycan psixoloqlarını və psixologiya ilə maraqlanan hər kəsi tanış etmək, eyni zamanda Azərbaycanda psixologiya sahəsində aparılmış tədqiqatlarla xarici ölkə psixoloqlarını məlumatlandırmaq olmuşdur. “Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq elmi-praktik konfransın materialları (tezislər) Ümumi psixologiya, Sosial psixologiya, Pedaqoji psixologiya, İnkişaf psixologiyası, Klinik və tibbi psixologiya adlı bölmələrdə təqdim edilir.

Psixologiya Zirvəsi, zənnimizcə, müsbət anlamda gələcəyə atılmış lövbərdir. Məhz bu lövbər işığında yeni-yeni, gələcəyə ümid verən psixoloqlar yetişəcəkdir. “Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq elmi-praktik konfransın materialları ( tezislər) kitabında sadəcə nəzəri biliklərin deyil, həm də praktik bacarıq və vərdişlərin mübadiləsi öz əksini tapmışdır.

Əminik ki, məhz bu materiallar sizə zəngin bilik və peşəkar təcrübə qazandıracaq.Hər bir oxucu üçün faydalı olmasını diləyirik!

Online Qeydiyyat