ll Könüllü Fəaliyyət Qrupunun məzun günü
12.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ll Könüllü Fəaliyyət Qrupunun məzun günü keçirildi.Qeyd edək ki, Könüllü Fəaliyyət Qrupunun üzvləri 01.04.2019-01.10.2019 tarixlərində institutumuzda könüllü fəaliyyət göstərmiş, bu müddətdə institutun fəaliyyəti ilə yaxından tanış olmuş, mütəxəssislərimiz tərəfindən psixologiyanın müxtəlif istiqamətləri üzrə təlimlər almış , həmçinin bütün konfrans və tədbirlərdə fəal iştirak etmişlər.Məzun günündə məzun könüllülər səhnəyə dəvət olunduqdan […]
Koqnitiv-bihevioral terapiya kursu (Modul 3)
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun 12.10.2019 tarixində baş tutan lll modulundan görüntüləri sizə təqdim edirik.İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.
III Könüllü Fəaliyyət Qrupu
12.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lll Könüllü Fəaliyyət Proqramına qəbul olan üzvlərlə görüşümüz baş tutdu.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edərək qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd etdi, başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu edərək onlara Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllülük Vəsiqəsini təqdim etdi. Daha sonraMarketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri […]
“ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı Xeyriyyə Seminarı
Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə təşkil olunan “ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı Xeyriyyə Seminarımız bu gün, 05.10.2019 tarixində baş tutdu.Seminarda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş Aydan Xasməmmədzadə “Asılılığın psixologiyası”, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi […]
Koqnitiv Bihevioral Terapiya Kursu (Modul 2)
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun ikinci modulu 05.10.2019 tarixində baş tutdu.İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.
III Könüllü Fəaliyyət Proqramı – görüş
05.10.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lll Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, könüllü fəaliyyət qrupunun rəhbəri Nərmin Quliyeva və qrup koordinatoru Sevinc Məmmədzadə iştirak etmişlər.Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə […]
Koqnitiv-Bihevioral Terapiya Kursu (Modul 1)
28.09.2019 tarixində Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu baş tutdu. Kursu tədris edən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadə ilk dərsdə kurs iştirakçılarına Koqnitiv Bihevioral Terapiyanın məqsədi, istifadə imkanları haqqında ətraflı izah verdi, onların suallarını cavablandırdı.Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, iştirakçılar tərəfindən rəğbətlə qarşılanan […]
Könüllü Fəaliyyət Proqramı-3
28 sentyabr 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı.Sənəd qəbulu mərhələsindən keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı.Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Gülər Məmmədova, Marketinq şöbəsinin əməkdaşları Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas […]
Kitab müzakirəsi – David Eagleman, “Beyin”
23.09.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovla kitab müzakirəsi keçirildi. David Eaglemanin “Beyin” kitabı müzakirə edilib psixoloji aspektdən kitabın təhlili aparıldı.Maarifləndirmə məqsədi daşıyan bu təşəbbüs üçün Fuad Əsədova təşəkkürümüzü bildirir, iştirakçılara növbəti müzakirələrdə görüşmək ümidilə uğurlar arzulayırıq.Məlumat üçün bildirək ki, kitab […]
Kitab müzakirəsi – Daniel Kahneman, “Sürətli və Yavaş Düşünmək”
16.09.19 tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovla kitab müzakirəsi keçirilmişdir. Daniel Kahnemanın “Sürətli və Yavaş Düşünmək” kitabı müzakirə edilmiş, psixoloji aspektdən kitabın təhlili aparılmışdır.Kitab müzakirəsi keçirdiyi üçün Fuad Əsədova təşəkkürümüzü bildirir, iştirakçılara növbəti müzakirələrdə görüşmək ümidilə uğurlar arzulayırıq.Məlumat üçün bildirək ki, […]
II Könüllü Fəaliyyət Qrupu – “Klinik müsahibə” təlimi
14.09.19 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Gülər Zaman Könüllü Fəaliyyət Proqramının üzvləri üçün “Klinik müsahibə” mövzusunda təlim keçdi.Nəzəri və praktik hissədən ibarət interaktiv təlim üçün Gülər xanıma təşəkkürümüzü bildirir, könüllü qrupumuzun üzvlərinə uğurlar arzu edirik.
II Könüllü Fəaliyyət Qrupu – “Praktik Psixologiya” Kursu (2)
11.09.19 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu Xəyalə Zalıyeva tərəfindən Könüllü Fəaliyyət Proqramının üzvləri üçün tədris olunan Praktik Psixologiya Kursunun növbəti dərsi baş tutdu. Bu dəfə Xəyalə xanım “Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və korreksiyasında istifadə olunan psixoterapevtik texnikalar” mövzusunu tədris etdi. Qarşılıqlı diskussiya, sual-cavab şəklində davam edən dərsdə həmçinin, depressiya mövzusuna da toxunuldu.Biz də […]