ll Könüllü Fəaliyyət Qrupunun məzun günü

12.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ll Könüllü Fəaliyyət Qrupunun məzun günü keçirildi.
Qeyd edək ki, Könüllü Fəaliyyət Qrupunun üzvləri 01.04.2019-01.10.2019 tarixlərində institutumuzda könüllü fəaliyyət göstərmiş, bu müddətdə institutun fəaliyyəti ilə yaxından tanış olmuş, mütəxəssislərimiz tərəfindən psixologiyanın müxtəlif istiqamətləri üzrə təlimlər almış , həmçinin bütün konfrans və tədbirlərdə fəal iştirak etmişlər.
Məzun günündə məzun könüllülər səhnəyə dəvət olunduqdan sonra açılış və təbrik nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi. Sədr öz çıxışında könüllülük fəaliyyətinin müsbət tərəflərini vurğuladı, könüllülərin 6 ay ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək könüllülərə təşəkkür etdi, onları təbrik edib karyeralarında və gələcək həyatlarında uğurlar arzu etdi.
Daha sonra ll Könüllü Fəaliyyət Qrupunun üzvlərinin 6 aylıq fəaliyyətini əks etdirən video-rolik nümayiş olundu.
Ardınca söz məzun könüllülərə verildi və onlar könüllülük müddəti ərzindəki təəssüratlarını və xatirələrini tədbir iştirakçılarıyla bölüşüb, başda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov olmaqla, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Nərmin Quliyevaya, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şahin Şərifova, həmin şöbənin əməkdaşları və qrup koordinatorları olan Leyla Əliyeva və Sevinc Məmmədzadəyə öz təşəkkürlərini bildirdilər.
Ardınca məzun könüllülərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun könüllülük haqqında sənədi olan Diplom və könüllülük müddətində iştirak etdikləri kurs sertifikatları təqdim olundu.
Sonda məzunlar üçün hazırlanmış tort kəsildi və xatirə fotoları çəkdirildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, məzun könüllülərimizi təbrik edir, könüllü fəaliyyətinin sonunun onlar üçün uğurlu başlanğıc olacağına inanırıq.

Online Qeydiyyat