Könüllü Fəaliyyət Proqramı-3

28 sentyabr 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı.
Sənəd qəbulu mərhələsindən keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı.
Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Gülər Məmmədova, Marketinq şöbəsinin əməkdaşları Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas istiqamətlərilə bağlı suallar ünvanlamışlar.
Müsahibənin nəticələrinə əsasən Könüllü Fəaliyyət Proqramının üzvləri təyin olunacaq və bu haqda əməkdaşlarımız tərəfindən namizədlərə məlumat veriləcəkdir.
Hər birinizə uğurlar arzu edirik!
Məlumat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what’s App)

Online Qeydiyyat