Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Uşaq psixologiyası üzrə ixtisasartırma” təlimlərində iştirak edən təlimçilərlə görüşüb

Elnur Rüstəmov institutda aparılan elmi-tədqiqat işləri, “Beyin və davranış” laboratoriyası, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, eyni zamanda keçirilən təlimlər, yenidənhazırlanma (əlavə təhsil), ixtisasartırma kursları və digər görülən işlər haqqında ümumi məlumat verib. Sədr həmçinin gənc kadrların elmi potensialından doğru istifadə edilməsi, gənc tədqiqatçıların institutla sıx əməkdaşlıq fəaliyyəti göstərməsinin vacibliyi barədə danışıb.Elnur Rüstəmov hazırda Azərbaycan dilinə […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, institutun elmi-tədqiqat qrupu ilə növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, institutun elmi-tədqiqat qrupu ilə növbəti görüşü keçirilib. Görüşdə yeniyetmələr arasında oyun asılılığı ilə məktəb məmnunluğu arasında uşağın psixoloji stres səviyyəsinin əlaqəsi mövzusunda danışılıb Daha sonra “Emotional intelligence, psychological needs and subjective happines” adlı araşdırmanın discussion […]

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov işgüzar insanların əsas xüsusiyyətlərindən danışıb

İşi həyatının mərkəzinə qoyanlar, işkoliklər hansı problemlərlə üzləşə bilərlər? Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov: “İşkoliklik sağlamlığa, xoşbəxtliyə və digər insanlarla münasibətlərə xələl gətirəcək dərəcədə işə həddindən artıq və idarəolunmaz ehtiyac duyulması kimi müəyyən edilir. Bu insanları həddindən artıq işləmək səbəbindən başqa fəaliyyətlərdən uzaq olmaq, işini həddindən artıq sevmək, hətta ona aludə olmaq, işləmədiyi […]

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitenin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə Psixologiyası Kursu” nun növbəti dərsi baş tutub

Təlimçi Psixoloq Ülviyyə Nəhmətova “Uşaq və yeniyetmələrdə davranış pozuntuları” mövzusundan bəhs edib. Daha sonra iştirakçılar praktik məşğələlər həyata keçiriblər. Sonda uşaq və yeniyetmələrdə davranış pozuntularının psixokorreksiyasında tətbiq edilən “Silahsızlaşdırma texnikası” öyrədilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” kursumuzun ikinci dərsi Uzman psixoloq Mehmet Artıran tərəfindən tədris edilib

Uzman psixoloq Mehmet Artıran “Terapevtik bacarıqlar”, “Psixoloqun rolu və öhdəlikləri” mövzularında dərs keçib. Zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Mehmet Artırana dərin təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” kursumuzun ilk dərsi Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tərəfindən tədris edilib.

Dos.Dr.Murat Artıran “Koqnitiv davranış terapiyasının əsasları”, “A-B-C modeli”, “İrrasional və rasional inanclar” mövzularını tədris edib. Zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Dos.Dr.Murat Artırana dərin təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitenin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitenin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub. Təlimçi Psixoloq Ülviyyə Nəhmətova “Uşaq və yeniyetmələrdə davranış pozuntuları” mövzusundan bəhs edib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin əməkdaşlığı çərçivəsində “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin əməkdaşlığı çərçivəsində “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib. Layihədə Balakən, Zaqatala və Qax rayonlarından şəhid xanımları və övladlarından ibarət 30 nəfər iştirak edib. Onlar üçün Bakı şəhərində peşəyönümlü ekskursiyalar, maarifləndirici təlimlər, muzey turları, açıq havada […]

Psixologiya Elmi Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri yekunlaşıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları sentyabrın 5-dən başlayaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində yerləşən bir sıra məktəblərdə təlimlər keçirilib. Bugünkü təlimlər Xırdalan şəhəri 2 və 9 nömrəli tam orta məktəblər, Bakı şəhəri 2, 4, 5, 281 və 92 nömrəli tam orta məktəblərdə, eləcə də, Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkil olunub. Təlim “Təhsil psixologiyası”, “Təlim prosesində psixoloji xidmətin […]

Online Qeydiyyat