Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov işgüzar insanların əsas xüsusiyyətlərindən danışıb

İşi həyatının mərkəzinə qoyanlar, işkoliklər hansı problemlərlə üzləşə bilərlər?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov:

“İşkoliklik sağlamlığa, xoşbəxtliyə və digər insanlarla münasibətlərə xələl gətirəcək dərəcədə işə həddindən artıq və idarəolunmaz ehtiyac duyulması kimi müəyyən edilir. Bu insanları həddindən artıq işləmək səbəbindən başqa fəaliyyətlərdən uzaq olmaq, işini həddindən artıq sevmək, hətta ona aludə olmaq, işləmədiyi vaxtlarda da işi haqqında düşünmək, sağlamlığının pisləşməsi kimi xüsusiyyətlərlə müəyyən edə bilərik. Bu, iş asılılığı, mükəmməlliyətçi olmaq və həddindən artıq mütəşəkkil olmaq səbəbilə digər insanlarla münasibətlərə təsir göstərir.

“İşkolik” insanla çalışqan insanlar arasında fərq var. “İşkolik olmaq bəzən çox çalışmaq kimi xüsusiyyətlərlə qarışdırıla bilər. Çalışqan və işkolik olmağın ümumi xüsusiyyəti uzun iş saatlarıdır. Ancaq iki vəziyyət çox vacib bir məqamda fərqlənir. Bu, insanın motivasiyasıdır. Deyə bilərik ki, çalışqan insanın motivasiyası istehsaldır, işkolikin motivasiyası isə uğur və işi bitirməkdir.

İşkolikliyin mənfi tərəfləri çoxdur. İşə çox fokuslanmaq stressli auraya səbəb olur. İşkolik insanların zəif şəxsiyyətlərarası münasibətləri və özlərinə qarşı stresli həyat müəyyən bir nöqtədən sonra tükənməyə səbəb olur. İş vərdişlərini tənzimləməkdə çətinlik çəkdikləri üçün fərdi imkanlarını fiziki və mənəvi cəhətdən gərginləşdirirlər. Bu vəziyyət bütün psixoloji və fiziki pozğunluqlara səbəb olur.

Bununla belə, işkoliklərin şikayətlərinin çoxu münasibətlərdəki problemlər, bədbəxtlik, qəzəb, yuxu problemləri və ağrı şikayətləridir. İşkolikliyin ümumi qəbul edilmiş tibbi tərifi olmasa da, stresin bəzi formaları, impuls nəzarəti pozğunluğu, obsessiv-kompulsiv şəxsiyyət pozğunluğu və obsessiv-kompulsiv pozğunluqla bağlı ola bilər”.

Online Qeydiyyat