Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Uşaq psixologiyası üzrə ixtisasartırma” təlimlərində iştirak edən təlimçilərlə görüşüb

Elnur Rüstəmov institutda aparılan elmi-tədqiqat işləri, “Beyin və davranış” laboratoriyası, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, eyni zamanda keçirilən təlimlər, yenidənhazırlanma (əlavə təhsil), ixtisasartırma kursları və digər görülən işlər haqqında ümumi məlumat verib. Sədr həmçinin gənc kadrların elmi potensialından doğru istifadə edilməsi, gənc tədqiqatçıların institutla sıx əməkdaşlıq fəaliyyəti göstərməsinin vacibliyi barədə danışıb.
Elnur Rüstəmov hazırda Azərbaycan dilinə adaptasiya olunan 2 test haqda danışarkən vurğulayıb ki, elmmetrik bazalardakı jurnallara göndərilən elmi-tədqiqat işlərinin aparılmasında məhz bu adaptasiya olunmuş testlərin əhəmiyyəti böyükdür.
Daha sonra “Uşaq psixologiyası üzrə ixtisasartırma” təlimlərinin nəticələri müzakirə olunub, təhsildə psixoloji mühitin yaradılması, şagirdlərlə iş zamanı psixoloji xidmətin rolu və müəllim-şagird-valideyn üçbucağından danışılıb.
Sonda sədr Elnur Rüstəmov təlimçilərə bu layihədə fəal iştiraklarına görə təşəkkürnamə təqdim edib.

Online Qeydiyyat