Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü (Media)
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev bu gün Abşeron rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüşüb. Publika.az-ın məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açılıb. […]
“Psixodiaqnostika : Proyektiv Metod və Metodikalar” Kursu
Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müəllimi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Əli Xəlilovun “PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursunun proqramı ilə tədris etdiyi fərdi dərsindən görüntüləri sizə təqdim edirik.Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərs üçün Əli Xəlilova təşəkkürümüzü bildirir, tələbəmizə uğurlar arzu edirik.
Uşaq Psixologiyası Kursu (Modul 8)
Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursunun VIII – sonuncu modulu 13.01.2020 tarixində baş tutdu.Sonuncu modulda bütün kurs proqramı bir daha təkrar edildi, pasient-psixoloq, valideyn-psixoloq nümunələri əsasında praktik bacarıqlara yer verildi, kurs iştirakçıları sertifikasiya imtahanı üçün hazırlandılar.Bütün iştirakçıların məmnuniyyətinə, müsbət rəylərinə səbəb olan uğurlu kurs üçün Narınc xanıma […]
Uşaq Psixologiyası Kursu – imtahan
04.11.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 13.01.2020 tarixində başa çatdı.Kursun son günündə tort kəsildi, xatirə fotoları çəkdirildi, iştirakçılar kurs haqqında müsbət təəssüratlarını bizimlə paylaşıb öz məmnuniyyətlərini bildirdilər.Ardınca kursun proqramını əhatə edən mövzular üzrə hazırlanmış suallar əsasında kurs iştirakçılarının sertifikasiya imtahanı keçirildi.İmtahan nəticələrinə əsasən kursu […]
Koqnitiv Bihevioral Terapiya Kursu 1 (Modul 4)
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun lV modulu 12.01.2020 tarixində baş tutdu. Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə uğurla tədris olunan kurs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik.
Klinik Psixologiya Kursu (Modul 8)
11.01.2020 tarixində institutumuzda Klinik Psixologiya Kursunun Vlll modulu baş tutdu. Qeyd edək ki, kurs Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.
IV Könüllü Fəaliyyət Qrupu – iclas
11.01.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lV Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun koordinatoru, psixoloq Sevinc Məmmədzadə iştirak etdilər.Elnur Rüstəmov çıxış edərək institutun […]
Psixoloji məsləhətə giriş 2 (Modul 3)
İnstitutumuzda tədris olunan Psixoloji Məsləhətə Giriş Kursunun lll modulu 11.01.2020 tarixində baş tutdu.Qeyd edək ki, kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.Elnur Rüstəmov və Nərmin Quliyevaya təşəkkürümüzü bildirir, növbəti modulda görüşmək ümidilə bütün iştirakçılara uğurlar arzu edirik.
“Psixoterapiyanın texnikaları” praktik təlimi
28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi.3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikat təqdim edildi.İştirakçıların müsbət rəylərinə, xoş təəssüratlarına səbəb olan yeni biliklər və praktik texnikalarla zəngin təlim üçün Fəxriyyə […]
Klinik Psixologiya Kursu (Modul 7)
28.12.2019 tarixində institutumuzda Klinik Psixologiya Kursunun Vll modulu baş tutdu. Qeyd edək ki, kurs Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.
III Könüllü Fəaliyyət Qrupu – yekun iclas
23.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu. Görüşdə Könüllü qrup rəhbəri, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və Könüllü qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadə də iştirak etdilər.Elnur Rüstəmov çıxış edərək könüllülərin indiyə qədərki fəaliyyətini yüksək qiymətləndirdi, “Tələbə Psixoloqların […]
Loqopediya kursu – yekun
21.10.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayeva tərəfindən tədris olunan, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 24 saatlıq proqramı əhatə edən Loqopediya Kursu 23.12.2019 tarixində başa çatdı.Kurs iştirakçıları sonda kurs proqramına əsasən imtahanda iştirak etdilər, imtahanda uğurlu nəticə göstərərək Sertifikata layiq görüldülər.23.12.2019 tarixində Loqopediya Kursunun iştirakçılarına Sertifikat təqdim edildi, birlikdə tort […]