Uşaq Psixologiyası Kursu – imtahan

04.11.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 13.01.2020 tarixində başa çatdı.
Kursun son günündə tort kəsildi, xatirə fotoları çəkdirildi, iştirakçılar kurs haqqında müsbət təəssüratlarını bizimlə paylaşıb öz məmnuniyyətlərini bildirdilər.
Ardınca kursun proqramını əhatə edən mövzular üzrə hazırlanmış suallar əsasında kurs iştirakçılarının sertifikasiya imtahanı keçirildi.
İmtahan nəticələrinə əsasən kursu müvəffəqiyyətlə bitirənlərə Sertifikat, digər iştirakçılara isə İştirak Sənədi təqdim ediləcək.
Bütün iştirakçıların imtahanda yüksək nəticə göstərəcəklərinə inanırıq, uğurlar arzu edirik!

Online Qeydiyyat