IV Könüllü Fəaliyyət Qrupu – iclas

11.01.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lV Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.
Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun koordinatoru, psixoloq Sevinc Məmmədzadə iştirak etdilər.
Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə məlumat verdi, qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd etdi və başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu etdi.
Nərmin Quliyeva və Sevinc Məmmədzadə çıxış edərək Könüllü Fəaliyyət Proqramı haqqında ətraflı məlumat verdilər, proqram çərçivəsində həyata keçiriləcək planları qeyd etdilər, könüllülərə fəaliyyətlərində uğurlar arzu etdilər.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq qarşıdakı 6 ay müddətində yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!

Online Qeydiyyat