Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaqlar üçün rasional emosional davranışçı oyun terapiyası” kursunun məzunlarına sertifikatlar təqdim olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaqlar üçün rasional emosional davranışçı oyun terapiyası” kursunun məzunlarına sertifikatlar təqdim olunub. Kursu uğurla başa vura iştirakçıları təbrik edirik!
“Oyun terapiyası” kursunun növbəti dərsi keçirildi.
22 və 23 Aprel tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Oyun Terapiyası” kursunun növbəti dərsi həyata keçirilib. Kursda Rasional Psixologiya İnstitutunun direktoru, Dos.Dr. Murat Artıran “Uşaq mərkəzli oyun terapiyasının praktiki tətbiqi” və “CBT Oyun Terapiyasının tətbiqini” tədris edib. “Uşaq mərkəzli oyun terapiyası” və “CBT oyun terapiyası”nın əsas mərhələlərinin izahı verilib, texnikalarını praktik şəkildə kurs iştirakçıları ilə həyata […]
Elmi-tədqiqat qrupunun iclası təşkil olundu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin elmi-tədqiqat qrupunun növbəti iclası keçirilib.İclasda adaptasiya ediləcək testlər müəyyənləşdirilib, tədqiqatın istiqamətləri təyin edilib, datalar haqqında müzakirə aparılıb.
Elmi-tədqiqat qrupunun növbəti iclası baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin elmi-tədqiqat qrupunun iclası keçirilib. Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tədqiqat qrupuna test metodlarının adaptasiya edilməsi barədə işlər müəyyənləşdirilib, aparılan eksperimental tədqiqatın ilkin dataları analiz edilmişdir.
“Oyun Terapiyası” kursunun növbəti dərsi keçirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Oyun Terapiyası” kursunun növbəti dərsi həyata keçirilib.Dərsdə Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran iştirakçılara “Yüksək səviyyə Uşaq Mərkəzli Oyun Terapiyası”, “Prinsipləri və mərhələləri”, ” Seansların dəyərləndirilməsi” mövzularında məlumat verib.
Rasional & Emosional Koqnitiv Davranış Terapiyası superviziyası və imtahanı təşkil olundu.
Ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Psixologiya İnstitutu və Albert Ellis İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib. 4 gün ərzində Rasional Psixologiya İnstitutunun direktoru, Dos. Dr. Murat Artıran ABC modeli, modelin psixoloqa müraciət edən şəxsə öyrədilməsi, tətbiqi, çürütmə texnikalarını […]
CBT tədqiqat qrupunun görüşü baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin CBT tədqiqat qrupunun iclası keçirilib. İclasda institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və araşdırma qrupunun üzvləri toplanılan datalar haqqında müzakirə aparıblar. Daha sonra məqalənin yazılması üçün qruplar bölünüb, yazılma qaydaları danışılıb. Sonda ümumi olaraq dataların yığılması üçün istiqamətlər təyin edilib.
CBT məktəbinin təşkilat üzvlərinin görüşü keçirildi
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin görüşü keçirilib.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və məktəbin təşkilat üzvləri irəlidə görülməsi nəzərdə tutulmuş layihələr barədə müzakirə aparıblar. Yaxın günlərdə CBT klub üzvləri üçün həyata keçirilməsi nəzərdə tutulmuş işlər haqqında danışıblar.
Dos. Dr.Murat Artıran və elmi tədqiqat qrupunun görüşü keçirildi
19.12.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov, Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və tədqiqat qrupunun üzvləri “Zoom” platforması üzərindən görüş keçirib. Əvvəlcə Dos.Dr. Murat Artıran həyata keçiriləcək tədqiqatlar, istifadə ediləcək test metodları, hədəf kütlə barədə məlumat verib.Daha sonra institutun sədri Elnur Rüstəmov komanda işinin […]
Depressiya və təşviş pozuntularının terapiyası
10 və 11 Dekabr 2022ci il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional və Koqnitiv Davranış Terapiyası” kursumuzun növbəti dərsi Albert Ellis İnstitutunun direktoru, Dr.Kristene Doyle və Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tərəfindən tədris edilib. “Zoom” platforması üzərindən təşkil olunan dərsdə Dos.Dr.Murat Artıran […]
DÜŞÜNCƏDƏN HİSSLƏRƏ seminarından görüntülər
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Düşüncədən hisslərə – Daha yaxşı hiss etməyin yolları” mövzusunda təlim keçirilib.İlk olaraq psixoloq Nərmin Ağayeva çıxış edərək irrasional inanclarımız, aşırı tələbkarlıq və düşüncə xətalarımız barədə məlumat verib.Daha sonra klinik(tibbi) psixoloq Fuad Əsədov irrasional inancların çürüdülməsi haqqında danışıb və təlim iştirakçıları ilə bu barədə müzakirə aparıb. Eyni zamanda, hər iki mütəxəssis […]
Düşüncədən hisslərə seminarı
DÜŞÜNCƏDƏN HİSSLƏRƏ – Daha yaxşı hiss etməyin yolları.Psixologiya Elmi-Tədqiqat İnstitutu ödənişsiz seminarı sizlərə təqdim edir.Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və psixoloq Nərmin Ağayevanın təqdimatında həyata keçirələcək seminarımızda;Necə daha yaxşı hiss edə bilərəm?Düşüncələrin hisslərə təsiriDüşüncəmi dəyişməklə məni narahat edən şeylərin təsirini dəyişə bilərəmmi?mövzuları çərçivəsində danışılacaqdır. ☎️Seminara qoşulmaq üçün070 268 27 08