“Ailə Psixologiyası” ilə bağlı Simpozium həyata keçirilib
31.03.2023-cü il, saat 20:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və İnstitutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında Microsoft Teams platforması üzərindən “Ailə Psixologiyası” ilə bağlı Simpozium həyata keçirilib. Simpoziumda Mətanət Əliyeva iştirakçılara “Ailə tipləri”, “Ailə tiplərinin uşaqlara təsiri”, “Valideyn-uşaq münasibətləri” mövzularında məlumat verib. Daha sonra psixoloq Ülviyyə Nəhmətova “Valideyn-uşaq […]
Bu gün şəhid Ruhid İslamlının doğum günüdür
Bu gün şəhid Ruhid İslamlının doğum günüdür. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun psixoloq, şəhid Ruhid İslamlı ilə bağlı yazısını təqdim edirik. 2020-ci il bizim üçün həm sevinc, qürur ili oldu, həm də təəssüf ki, qəhrəman övladlarımızın itkisi ilə yadda qaldı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi […]
Tədqiqat qrupunun üzvləri görüş keçirmişdir
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun üzvləri görüş keçirib. Görüşdə adaptasiya olunan testlərin redaktə işləri aparılıb. Daha sonra tədqiqatın keçirilməsi üçün materiallar hazırlanıb, görüləcək işlər müzakirə edilib.
Doç.Dr.Seydi Ahmet Satıcı və İnstitutun əməkdaşları iclas keçiriblər
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Doç.Dr.Seydi Ahmet Satıcı və İnstitutun əməkdaşları iclas keçiriblər. İclasda yaxın zamanda həyata keçiriləcək layihələr barədə müzakirə aparılıb, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib.
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart […]
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib. Görüşdə “Sosial dəstək və həyatdan məmnunluq: Psixoloji narahatlığın vasitəçi rolu” adlı elmi məqalənin son tamamlama işləri yekunlaşdırılıb. Eyni zamanda, hazırda davam edən elmi-tədqiqat işi haqqında müzakirələr aparılıb.
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə tədqiqatçılar yekunlaşdırılan məqalə ilə bağlı fikirlərini bölüşüblər və nəzərdə tutulmuş yeni məqalə haqqında müzakirə aparılıb.
Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib
Ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Psixologiya İnstitutu və Albert Ellis İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib. 4 gün ərzində Rasional Psixologiya İnstitutunun direktoru, Dos. Dr. Murat Artıran ABC modeli, modelin psixoloqa müraciət edən şəxsə öyrədilməsi, tətbiqi, çürütmə texnikalarını […]
“Evlilik adaptasiyanın proqnozlaşdırıcısı kimi; Evlilikdə şüurlu fərqindəlik, cinsi doyum ve emosional zəka” adlı elmi məqalə “CİSEF/Beynəlxalq Cinsi Sağlamlıq konfransı”nda təqdim olunmuşdur
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Türkiyənin Yıldız Teknik Universitetinin Təhsil (Eğitim) fakültəsinin dekanı Prof.Dr. Mehmet Engin Deniz və həmin universitetin müəllimi, Dr.Öğr.Üyesi Seher Merve Erusun həmmüəllifi olduqları “Evlilik adaptasiyanın proqnozlaşdırıcısı kimi; Evlilikdə şüurlu fərqindəlik, cinsi doyum ve emosional zəka” adlı elmi məqalə 16-19 mart tarixində Türkiyənin Antalya şəhərində keçirilən “CİSEF/Beynəlxalq […]
“Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub
Psixologiya Elmi-Tədqiqat İnstitutununda “Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub. Kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur. Mətanət Əliyeva iştirakçılara Metaforik Assosiativ Kartların hansı narahatlıqlarda istifadə edildiyi, ümumi istifadə qaydaları, hansı kartların kimlərə tətbiq olunduğu barədə məlumat verib.Bununla yanaşı, Metaforik Assosiativ Kartların praktiki istifadə qaydasını […]
Uşaq Psixologiyası və İnkişafı Kursunun 2-ci qrupunun növbəti dərsi baş tutub
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Yıldız Teknik Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Uşaq Psixologiyası və İnkişafı Kursunun 2-ci qrupu üçün növbəti online dərs baş tutub. Yıldız Teknik Universitetinin dosenti Özkan Sapsağlam iştirakçılara “Valideynlik. Valideynlik bacarıqları” mövzusunu tədris edib.
Bu gün AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin doğum günüdür
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin doğum günüdür. Professor Bəxtiyar Əliyev həmçinin Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi direktorudur. Dəyərli alimimiz daima kollektivimizlə zəngin elmi təcrübələrini bölüşür, onlara yeni araşdırmalar, psixologiya sahəsində müasir elmi yanaşmaların tətbiqi ilə bağlı tövsiyələrini verir. İnstitunun elmi nailiyyətlərinin qazanılmasında böyük əməyi olan görkəmli alimimizi kollektivimizin […]