AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib.

Görüşdə “Sosial dəstək və həyatdan məmnunluq: Psixoloji narahatlığın vasitəçi rolu” adlı elmi məqalənin son tamamlama işləri yekunlaşdırılıb. Eyni zamanda, hazırda davam edən elmi-tədqiqat işi haqqında müzakirələr aparılıb.

Online Qeydiyyat