Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib

Ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Psixologiya İnstitutu və Albert Ellis İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib. 4 gün ərzində Rasional Psixologiya İnstitutunun direktoru, Dos. Dr. Murat Artıran ABC modeli, modelin psixoloqa müraciət edən şəxsə öyrədilməsi, tətbiqi, çürütmə texnikalarını tədris edib.

Daha sonra Dos.Dr.Murat Artıran kurs iştirakçıları ilə praktik məşğələ şəklində imtahan təşkil edib. Belə ki, bütün iştirakçılar həm əyani olaraq Dos.Dr.Murat Artıranın, həmçinin paralelində onlayn şəkildə Dos.Dr Mehmet Artıran və Uzman-klinik psixoloq Büşra Karakoç Güzelin nəzarəti ilə onlar üçün təyin edilmiş şəxslərə ABC modelini izah edib, çürütmələr ediblər. Eyni zamanda istifadə etdikləri texnikaları izah ediblər.

Bütün iştirakçılarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Online Qeydiyyat