“Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub

Psixologiya Elmi-Tədqiqat İnstitutununda “Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub.

Kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur.

Mətanət Əliyeva iştirakçılara Metaforik Assosiativ Kartların hansı narahatlıqlarda istifadə edildiyi, ümumi istifadə qaydaları, hansı kartların kimlərə tətbiq olunduğu barədə məlumat verib.
Bununla yanaşı, Metaforik Assosiativ Kartların praktiki istifadə qaydasını iştirakçilara göstərib.

Siz də “Peşəkar Psixoloq” Təcrübə Proqramımıza qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 (mobil/what’s App)

Online Qeydiyyat