“Fövqəladə hallar zamanı ilkin psixoloji yardım” mövzusunda maarifləndirici təlim keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlara “Fövqəladə hallar zamanı ilkin psixoloji yardım” mövzusunda maarifləndirici təlim keçib. Elnur Rüstəmov fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi, travma, stres, böhran vəziyyətləri və onların idarə olunması haqqında danışıb. Psixoloq həmçinin posttravmatik stres təsirindən yaranan psixoloji pozuntular və onların psixokorreksiya üsulları haqqında […]

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Psixologiya şöbəsinin əməkdaşları ilə növbəti görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib. Görüşdə nəzərdə tutulmuş elmi-tədqiqat işi haqqında müzakirələr aparılıb. Eyni zamanda, yeni araşdırmanın istiqamətləri müəyyənləşdirilib.

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə aparılan elmi-tədqiqat işlərinin yekun redaktə işləri haqqında danışılıb. Nəzərdə tutulmuş yeni məqalə haqqında müzakirə aparılıb.

21 Fevral- Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət […]

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, […]

Beyin və davranış laboratoriyasının əməkdaşlarının görüşü keçirilib

Beyin və davranış laboratoriyasının əməkdaşları dosent Məhərrəm Əliyev, elmi işçilər dr. Nadir Əlirzalı və S.Əliyeva, mütəxəssislər Səmayə Behbudzadə, Sevil Cavadova və Gülnarə Allahverdiyeva laboratoriyada görülən işlərin təhlili ilə bağlı görüş keçiriblər. Görüşdə “QEEG asılılıqların diaqnostikasında istifadə olunan müasir üsul kimi” mövzusunda məqalənin hazırlanması üzrə görülən işlər müzakirə olunub. Bununla yanaşı, “Fobiyaların aradan qaldırılmasında Virtual Reallığın […]

Zəlzələnin yaratdığı qorxu hissi keçici, yoxsa qalıcıdır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov “Yeni Müsavat” saytına verdiyi müsahibədə zəlzələ və digər təbii fəlakətlərin insanların psixologiyasında yaratdığı kəskin stres pozuntusu, qalıcı psixoloji narahatlıqla bağlı fikirlərini bölüşüb. Psixoloq Elnur Rüstəmov bu barədə qeyd edib ki, ümumiyyətlə, bu cür situasiyalarda, yəni zəlzələ, sunami, digər təbii fəlakətlər, yanğın hallarında insanlarda kəskin stress […]

“Ailə münasibətləri mediasiyasında psixoloqların rolu” mövzusunda təlim keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov tərəfindən mediatorlara “Ailə münasibətləri mediasiyasında psixoloqların rolu” mövzusunda təlim keçirilib. Elnur Rüstəmov ailə psixologiyası, onun yaranma tarixi haqqında məlumat verib. O həmçinin ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasında problemlərin həlli istiqamətində mediatorların rolu barədə danışıb […]

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə tədqiqat qrupu tərəfindən tamamlanmış məqalə haqqında müzakirə aparılıb.Eyni zamanda, gələcəkdə aparılması nəzərdə tutulan tədqiqat işləri barədə danışılıb.

Ailənin xoşbəxtliyi uşaqların sayına nə dərəcədə bağlıdır?

Amerikalı psixoloq Suzan Nyuman həmkarlarının araşdırmasına istinad edərək, xoşbəxtlik üçün optimal uşaq sayını açıqlayıb. Psixoloq deyib ki, ailədə ikinci uşağın dünyaya gəlməsi valideynlərin, xüsusən də anaların karyerasına, ailənin maddi vəziyyətinə, qohumlar və dayələrdən lazım olan dəstəyin miqdarına kəskin şəkildə təsir edir. Onun fikrincə, ikinci uşağın olması ananın psixi sağlamlığına acınacaqlı təsir göstərir. Belə ki, Nyumanın […]

Online Qeydiyyat