Beyin və davranış laboratoriyasının əməkdaşlarının görüşü keçirilib

Beyin və davranış laboratoriyasının əməkdaşları dosent Məhərrəm Əliyev, elmi işçilər dr. Nadir Əlirzalı və S.Əliyeva, mütəxəssislər Səmayə Behbudzadə, Sevil Cavadova və Gülnarə Allahverdiyeva laboratoriyada görülən işlərin təhlili ilə bağlı görüş keçiriblər.

Görüşdə “QEEG asılılıqların diaqnostikasında istifadə olunan müasir üsul kimi” mövzusunda məqalənin hazırlanması üzrə görülən işlər müzakirə olunub.

Bununla yanaşı, “Fobiyaların aradan qaldırılmasında Virtual Reallığın (VR) rolu” mövzusunda aparılacaq tədqiqat işinin komponentləri təhlil edilib.

Online Qeydiyyat