“Fövqəladə hallar zamanı ilkin psixoloji yardım” mövzusunda maarifləndirici təlim keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlara “Fövqəladə hallar zamanı ilkin psixoloji yardım” mövzusunda maarifləndirici təlim keçib. Elnur Rüstəmov fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi, travma, stres, böhran vəziyyətləri və onların idarə olunması haqqında danışıb.

Psixoloq həmçinin posttravmatik stres təsirindən yaranan psixoloji pozuntular və onların psixokorreksiya üsulları haqqında məlumat verib.

Elnur Rüstəmov sonda kursantların suallarını cavablandırıb.

Online Qeydiyyat