Ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri həyata keçirilir

Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri həyata keçirilir. Təlimin məqsədi məktəblərdə müəllim-şagird-valideyn münasibətlərini səmərəli qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə əldə etmələrinə nail olmaqdır. Təlimdə müəllimlərin həmkarları ilə praktiki təcrübə mübadiləsi əsasında qarşılıqlı fəaliyyət göstərməsi, onların özünəinamının artırılması, […]

Ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri həyata keçirilir

Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimləri həyata keçirilir. Təlimin məqsədi məktəblərdə müəllim-şagird-valideyn münasibətlərini səmərəli qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə əldə etmələrinə nail olmaqdır. Təlimdə müəllimlərin həmkarları ilə praktiki təcrübə mübadiləsi əsasında qarşılıqlı fəaliyyət göstərməsi, onların özünəinamının artırılması, […]

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva və İnstitutun digər əməkdaşları iştirak ediblər. Görüş zamanı aparılan tədqiqatların nəticələri müzakirə edilib, bu prosesdə görüləcək işlər […]

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü […]

Uşaq İnkişafı və Psixologiyası Kursu Rəsmi İxtisasartırma təhsilinin ikinci canlı dərsi baş tutub

11.12.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda #Uşaq İnkişafı və Psixologiyası Kursu Rəsmi İxtisasartırma təhsilinin ikinci CANLI dərsi baş tutub. Doç.Dr.Seydi Ahmet Satıcı iştirakçılarla uşaq və yeniyetmələrdə düzgün inkişaf, asılılıq, uşaqların davranış və vərdişlərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, özünütərbiyə mövzularında zəngin bilik və təcrübəsini bölüşüb. Eyni zamanda, yeniyetməliyin inkişaf xüsusiyyətləri, yeniyetməlik dövründə şəxsə təsir edən bioloji, psixoloji və mühit […]

“Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” kursumuzun növbəti dərsi baş tutmuşdur

Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” kursumuzun növbəti dərsi Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tərəfindən tədris edilib. “Zoom” platforması üzərindən həyata keçirilən dərsdə iştirakçılar əvvəlcə test tapşırığı edib və bu tapşırıq vasitəsilə iştirakçıların çətinlik çəkdiyi mövzular təyin olunub. Daha […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr.Seydi Ahmet Satıcının görüşü baş tutmuşdur

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri PhD Elnur Rüstəmov, Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr.Seydi Ahmet Satıcı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva, Psixologiya Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi, uzman klinik psixoloq Narınc Rüstəmova və İnstitutun əməkdaşları birgə görüş keçiriblər. Görüşdə gələcək layihələr, tədqiqat işləri barədə müzakirələr aparılıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutu  və Türkiyənin Yıldız Texniki Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov Türkiyənin Yıldız Texniki Universitetinin (Yıldız Teknik Üniversitesi) Təhsil fakültəsinin (Eğitim Fakültesi) dekanı professor Mehmet Engin Dənizlə görüşüb. Görüşdə, həmçinin universitetin müəllimləri dosent Seydi Ahmet Satıcı və dosent Begüm Satıcı iştirak ediblər. Görüşdə psixologiya sahəsində hər iki təhsil müəssisəsinin mütəxəssilərinin əməkdaşlığı, birgə araşdırmaların aparılması, kadr hazırlığı, məktəb psixoloqları üçün […]

VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün keys analizi keçirildi

06.12.2022-ci il tarixində İnstitutumuzda VII Könüllü Fəaliyyət qrupunun üzvləri üçün keys analizi keçirildi. Keys analizi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, psixoloq Emilya Nəsibova və klinik psixoloq Mərziyə Əzməmmədovanın təqdimatında baş tutmuşdur. Birinci hissədə dissosiativ pozuntular haqqında məlumat verildi, ikinci hissədə isə bu pozuntu ilə əlaqəli keys analizləri edildi. Sonda isə könüllülərin sualları cavablandırıldı və növbəti keys […]

5 dekabr- Beynəlxalq Könüllülər günüdür

Bu gün Beynəlxalq Könüllülər Günüdür. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Könüllü Fəaliyyət Proqramı üzrə məzun olmuş bütün könüllü qruplarımızın üzvlərini, hal-hazırda könüllü fəaliyyət göstərən 7-ci könüllü qrupumuzun üzvlərini, o cümlədən “könüllü” adını daşıyan hər kəsi təbrik edir, onlara sağlam can, möhkəm iradə, təhsil və karyeralarında daim uğurlara imza atmaqlarını diləyirik. Könüllü olmaq asudə vaxtı səmərəli dəyərləndirmək, […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov Baku TV-nin qonağı olmuşdur

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov Baku TV-nin Salam baku verlişinin qonağı olmuşdur. Verilişin mövzusu “Yeniyetmələr arasında kriminal hadisələrin səbəbi” olmuşdur. Canlı bağlantı zamanı Elnur müəllim yeniyetmələrin tərbiyəsində valideynlərin, məktəbin, sosial çevrənin və internet resurslarının təsirindən danışmışdır. Elnur müəllim qeyd etmişdir ki, “İlk növbədə yeniyetməni şəxsiyyət kimi qəbul etməliyik. Zamanın çağırışına uyğun olaraq onunla […]

“MONTESSORİ TƏLİMİ” mövzusunda vebinar keçirilmişdir

30 noyabr 2022-ci il tarixində, saat 19:30-da Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında “Montessori təlimi” mövzusunda vebinarımız baş tutmuşdur. Vebinar Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir. Vebinarda ” Niyə Montessori metodunu […]

Online Qeydiyyat