Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov Baku TV-nin qonağı olmuşdur

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Phd Elnur Rüstəmov Baku TV-nin Salam baku verlişinin qonağı olmuşdur. Verilişin mövzusu “Yeniyetmələr arasında kriminal hadisələrin səbəbi” olmuşdur.

Canlı bağlantı zamanı Elnur müəllim yeniyetmələrin tərbiyəsində valideynlərin, məktəbin, sosial çevrənin və internet resurslarının təsirindən danışmışdır. Elnur müəllim qeyd etmişdir ki, “İlk növbədə yeniyetməni şəxsiyyət kimi qəbul etməliyik. Zamanın çağırışına uyğun olaraq onunla davranmalıyıq”.

Qeyd edək ki, son zamanlar yeniyetmələr arasında kriminallığa meyil artmışdır. Yeniyetmələr bu davranışları doğru hesab edir, eyni zamanda özlərinə əhatə yaratmağa da çalışırlar.

Online Qeydiyyat